Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (29-12-2018, 11:30)
Qocalmaya qarşı effektiv vasitə tapıldı

 Portuqaliyalı alimlər ilk dəfə olaraq Alzheymer xəstəliyi zamanı sinir hüceyrələrinin ölümünün əslində orqanizmin artmaqda olan xətalı neyronlara reaksiyası olduğunu sübuta yetirib. Bu mexanizm beynin qocalmaya qarşı mübarizə aparmasına imkan verərək, onun normal funksionallıq müddətini uzadır.
Mediatv.az  xəbər verir ki, bu haqda press-reliz “EurekAlert!” saytında dərc olunub.
Tədqiqatçılar Alzheymer xəstəliyinin modeli olan genetik modifikasiya olunmuş milçəklər üzərində təcrübə aparıb. Onların beynində neyrodegenerativ xəstəliklərin inkişafında vacib rol oynayan beta-amiloid zülallar ərsəyə gəlir.
İnsan beynində beta-amiloidlər hüceyrələri məhv edən piləklər formalaşır. Sınaq milçəklərində də demensiya əlamətlərinə bənzər simptomlar o cümlədən uzunmüddətli yaddaş itkisi, hərəkətin koordinasiyası problemləri, sinir toxumalarının sürətlə qocalması izlənilib.
Tədqiqatçılar neyronların kortəbii şəkildə öldüyünü yoxsa onların ölümünün daha güclü (daha sağlam) hüceyrələrlə rəqabətdə uduzaraq məhv olduğunu yoxlayıb. Sonuncuda “hüceyrə keyfiyyətinə nəzarət" baş verir ki, bu da daha davamlı neyronların sağ qalmasına şərait yaradır. “Pis” hüceyrələrin kənarlaşdırılması orqanizmin təbii özünüyeniləmə vasitəsidir və qocalma prosesini ləngidir. Belə hüceyrələrin ölümü demensiyanın inkişafına əngəl yarada bilər.
Milçəklərdə “pis” sinir hüceyrələrinin ölümünün qarşısını aldıqdan sonra alimlər həşəratlarda Alzheymer xəstəliyi simptomlarının sürətlə inkişaf etdiyini və milçəklərin erkən ölümlə üzləşdiyini müşahidə edib. Əksinə “keyfiyyətə nəzarət” mexanizminin sürətləndirilməsi beynin koqnitiv funksiyalarının (o cümlədən yaddaş və öyrənmə qabiliyyəti) bərpasına yol açıb.
Tədqiqatçılar əmin edir ki, bu tapıntının nəticələri neyrodegenerativ xəstəliklərin yeni müalicə metodlarını yaratmağa imkan verəcək.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024