Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (13-01-2022, 12:02)
Əmrullayev islahat aparmaq fikrində səmimidirsə, BUNU ETSİN...

 Bakıda yerləşən bir çox məktəblərdə şagird sıxlığı müşahidə edilir. Hətta elə siniflər var ki, burada 40-50 şagird təhsil alır. Təbii ki, əgər bu qədər uşağın bir sinifdə təhsil alması mümükündürsə… Məktəblər isə bunu yalnız bir açıqlama ilə izah edirlər ki, “müəllim sayı azdır”.
Digər bir məsələ isə odur ki, universiteti yeni bitirmiş, müəllimlik ixtisasına yiyələnmiş gənclər məktəblərdə vakansiya, boş yer tapa bilmirlər. Bu qədər işsiz pedaqoqlar olduğu halda niyə məktəblərdə əlavə siniflər açılmır? Niyə əlavə sinif açmaqla həm işsiz müəllimləri işlə təmin edib, həm də şagird sıxlığını aradan qaldırmaqda maraqlı deyillər? "Mediatv.az"-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, Azərbaycanda ümumtəhsil məktəblərində 89600 sinif var və ölkə təhsili 152000 şagirdlə çalışır. “Təhsil naziri qeyd edir ki, 40 nəfərdən çox şagird olan siniflərin sayı çox cüzidir. Amma Azərbaycan Konisitutsiyasının 42-ci maddəsində qeyd olunur ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir. Onda belə çıxır ki, Təhsil nazirinin dediyi o 10 faiz civarında olan, 40 nəfərdən yuxarı olan şagirdin təhsil aldığı siniflərdəki uşaqların konstitutsiya hüquqları təmin olunmur. Ölkədə şagird sıxlığı normaları haqqında Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixində 212 nömləri qərarı var. Eyni zamanda ümumtəhsil məktəbinin nizamnaməsində də göstərilir ki, təhsil siniflərində şagird sayı 20 nəfərdə konkretləşir. Hazırkı vəziyyətdə şagird sayının maksimal həddi yoxdur. Heç bir hüquqi normativ sənəddə qeyd olunmur. Amma 3 avqust 2012-ci ildə Nazirlər Kabinetinin 171 saylı qərarı var və orada göstərilir ki, məktəblər layihələndirilərkən maksimum 24 şagird ola bilər. Yəni , bir sinifdə maksimum 24 şagird təhsil ala bilər. Belə çıxır ki, 24-dən yuxarı uşaq olan siniflərdə təhsil alan bütün şagirdlərin təhsil alma hüququ pozulur”.

Təhsil ekspertinin sözlərinə görö, illərdir ki, Təhsil Nazirliyi süni surətdə vakansiyaların artırılması ilə bağlı müəyyən addımlar atır. “Məsələn, müəllimlərin dərs yükünün azaldılması və s. Amma reallıq ondan ibarətdir ki, əgər şagird sayı 20 nəfərlə qurularsa, bu sinif sayının artması və nəticədə saatların, vakansiyaların yaranmasına səbəb olar. Problem ondadır ki, bizim şəhər yerlərində 20 ildir ki, şəhərsalma məsələlərində çox ciddi nöqsanlara yol verilib. Nəticə etibarilə məktəblər üçün yerlər saxlanılmayıb. Hətta Bakı şəhəri kimi yerdə məktəblərin əraziləri azaldılıb. Nəticədə bu gün yeni məktəblərin tikilməsi problemdir.

Elə ərazilər də var ki, bir neçə yeni məktəb inşa olunub, lakin yenə də sıxlıq aradan qalxmır. Məsələn, Binə ərazisində 5 məktəb var. Bu məktəblərin hər birində sıxlıq problemi yaşanır. Elə siniflər var ki, orada 40-50 şagird var.

Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər tikilməli, siniflərdəki şagid sayı ilə bağlı maksimal hədd müəyyən edilməlidir. Bu zaman yeni dərs saatları, vakansiyalar yaranar və şagird sıxlığı problem həll olunar”.

Elşən Qafarov sonda qeyd edib ki, şagird sıxlığı məsələsinə elə-belə yanaşmaq olmaz. Çünki bu siniflərdə tədrisi təşkil etmək olmur, müəllimlər çox böyük çətinlik çəkir, şagirdlərin isə konusitutsiya hüquqları pozulur.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024