Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Təhsil (28-11-2018, 12:30)
Ceyhun Bayramov: Son beş ildə 700 nəfər direktor vəzifəsinə qəbul edilib

 Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllim diaqnostik qiymətləndirilmədən keçib, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı iki dəfə artırılıb.
Mediatv.az-ın  məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramovmüəllimlərin XV qurultayında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən beş il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib:
“Cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan doqquzu üzrə yaxşılaşıb. Təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib”.
Nazir bildirib ki, son beş ildə 18 136 müəllim işə qəbul olunub.
Onun sözlərinə görə, özəl  təhsil müəssisələrinin sayında artım qeydə alınıb:
“Son beş ildə özəl təhsil müəssisələrinin sayı 41-dən 132-yə çatıb. Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarında yüksək nəticə göstərənlər 50 faizdən 67 faizə yüksəlib”.
Nazir bu il qəbul imtahanlarının yeni model əsasında keçirilməsinin əhəmiyyətinə toxunub.
“Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə fəaliyyəti nəticəsində yeni qəbul modeli hazırlanıb. Yeni imtahan modeli məktəb və müəllimin nüfuzunun artmasına təsir göstərəcək. Son beş ildə ali məktəblərə tələbə qəbulunda artım müşahidə edilir. Qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu 2014-cü illə müqayisədə 2.3 dəfə artım deməkdir.
Son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün təmayüllü siniflər yaradılıb və bu siniflərin sayı 2140-a çatıb. Bu da 10-11-ci sinif şagirdlərinin 28 faizini təşkil edir. Təmayüllü sinifləri bitirənlər ali məktəbə qəbulda daha yüksək nəticə göstəriblər”.
Nazir bildirib ki, ümumtəhsil məktəblərində müəllim şagird nisbəti 8.5-də 10.5 -ə çatıb:
“Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzu daha da artırılıb. Müəllimlik üzrə müraciət edənlərin sayında üç dəfə artım qeydə alınıb. 142 mindən artıq müəllim diaqnostik qiymətləndirmədən keçib, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı iki dəfə artıb. Onların orta aylıq əmək haqqı 500 manata çatıb ki, bu da ölkə üzrə orta aylıq əməkhaqqına yaxındır”.
Nazir bildirib ki, son beş ildə 700 nəfər direktor vəzifəsinə qəbul edilib
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024