Təhsil (27-02-2019, 11:12)
ADAU-da təlimçilər üçün təlimlərə başlanılıb
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Təlim və informasiya-məsləhət xidmətlərinin təşkili üzrə Fəaliyyət Planı”nın icrasına əsasən Nazirliyin Təhsil və təlim şöbəsi tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarının bilik və bacarıqlarını artıran, fermerləri elmin son nailiyyətləri ilə tanış edən və müvafiq tövsiyələr hazırlaya bilən, eləcə də müasir tələblərə cavab verən informasiya-məsləhət xidmətləri göstərən tabeli qurumlardan seçilmiş potensial təlimçilərin bazası formalaşdırılmışdır.
Nazirliyin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə 27 fevral 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Univeristetində (ADAU) müəyyən edilmiş qruplar üzrə təlimçilər üçün təlimlərə (ToT) başlanılmışdır. Birinci təlim Salyan, Tərtər, Şəki, Lənkəran, Beyləqan, Abşeron rayonlarının Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları üçün olub. Təlimin iştirakçılarını salamlayan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təlimlərin əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərin tədris və elmi-tədqiqatların istehsalatla inteqrasiyasının güclənməsində rolundan, təhsil müəssisəsinə dövlət dəstəyindən danışıb, təlimçilərə və iştirakçılara uğurlar arzulayıb.
2019-cu ilin 27 fevral-1 mart tarixlərində keçirilən təlimlərə 80-ə yaxın iştirakçı qatılmaqla, burada ADAU-nun müvafiq sahə üzrə təcrübəli əməkdaşları tərəfindən təlimlərin aparılmasının ümumi metodoloji əsasları, bitkiçilik, heyvandarlıq və aqromühəndislik istiqamətləri üzrə təlimlərin təşkili metodları, qiymətləndirmə üsulları və digər aktual mövzular tədris olunacaqdır.
Təlim müddətində iştirakçılar universitetin maddi-texniki bazası, heyvandarlıq kompleksi, quşçuluq tədris mərkəzi, süni mayalanma tədris mərkəzi, John Deere təlim mərkəzi, New Holland tədris mərkəzi, innovasiya mərkəzi, baytarlıq klinikası, maşın-traktor parkı, istixanaları, laboratoriyaları, auditoriyaları, bütövlükdə tədris və elmi-tədqiqat prosesləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar veriləcəkdir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024