Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (16-04-2025, 15:03)
Nazir şərabçılıq zavodundan, çay fabrikindən gətirdiyi kadrlarla bu sistemə keçir? - ŞOK AÇIQLAMA

Azərbaycanda ümumtəhsil məktəblərinin publik hüquqi şəxsə çevrilməsi prosesinə başlanıldığı açıqlansa da, bu barədə ətraflı məlumatlar yoxdur. Belə ki, elm və təhsil naziri Emin Əmrullayev ilkin olaraq sistemə keçidin pilot layihə əsasında aparılacağını deyib. Amma bu, necə olacaq? Ölkədə hər bir vətəndaşı maraqlandıran, daha doğrusu, maraqlandırmalı olan bu sistemə keçid cəmiyyəti hansı sürprizlə üz-üzə qoya bilər?

Təhsil sahəsi üzrə mütəxəssis Elşən Qafarov TNS-ə açıqlamasında bildirib ki, Azərbaycan təhsilində publik hüquqi şəxs anlayışı ilk deyil: “Artıq bir sıra ali və peşə məktəblərimiz, məktəbdənkənar təhsil müəssisələrimiz publik hüquqi şəxs olub, amma ümumtəhsil sahəsində bu məsələ ilk anlayışdır. Publik hüquqi şəxs olmaq o deməkdir ki, dövlətlə təhsil müəssisəsi arasında dövlət-biznes partnyorluğu qurulur. Yəni, dövlət hər bir təhsil alana düşən maliyyə xərcini həmin təhsil müəssisəsinə köçürür. Elm və Təhsil Naziliyi həmin təhsil müəssisələrinin idarə edilməsinə müdaxilə etmir, amma aid olduğu pillə üzrə, dövlətin təhsil standartlarına uyğun olaraq, təhsilin həyata keçirilməsinə nəzarət edir. Eyni zamanda, elmi, yaxud da ümumtəhsil məktəbləri üçün metodik dəstək göstərir. Bütün bunlar isə bizdə yoxdur. Eyni zamanda, publik hüquqi şəxs statusu alan təhsil müəssisələrinin idarə edilməsi ictimai əsaslarla olmalıdır. Qəyyumlar, himayəçilər və ya müşahidəçilər şurası da yoxdur. Bu gün dünyanın əksər ölkələrində - ABŞ-dən tutmuş Yaponiyaya, Rusiyaya qədər təhsil müəssisələrinin idarə olunmasında dövlət-biznes partnyorluğu, yəni adambaşına düşən maliyyələşmə sistemindən istifadə olunur. Azərbaycanda yeni başlamışıq. 16 məktəb publik hüquqi şəxs elan olunub. Amma bunlar hansı addımı atacaq?”.

93687

Onun sözlərinə görə, publik hüquqi şəxslə bağlı hüquqi normativ bazamız və təcrübəmiz yoxdur. Publik hüquqi şəxs statusuna keçid kifayət qədər məsuliyyətli bir prosesdir.

“Düşünürəm ki, bu gün Elm və Təhsil Nazirliyi, başda nazir olmaqla, yaxud da onun təyin etdiyi şərabçılıq zavodunun, çay fabrikinin əməkdaşları, yaxud təhsillə bağlı olmayan digər təşkilat və müəssisələrdən əsas funksional vəzifəyə gətirdiyi insanlarla publik hüquqi şəxs statusu olan məktəb sisteminə keçə bilmərik. 5-10 il bundan əvvəl publiki hüquqi şəxs statusuna keçən təhsil müəsssisələrimiz var. Dəyişən nəsə olub? Ümumtəhsil sahəsində də eynilə olacaq. Sadəcə məsuliyyətin bölüşdürülüməsi məsələsi var. Bu gün Elm və Təhsil Nazirliyi birbaşa təhsilə ayrılan maliyyənin idarə olunmasına görə məsuliyyət daşıyır. Publik hüquqi şəxs olduqdan sonra buna görə məktəb rəhbəri məsuliyyət daşıyacaq və tapşırıq əsasında işləyəcək. Necə deyərlər, ayının min oyunu var, bir armudun başında. Bütün məsələ məsuliyyəti çiynindən atmaq və təhsil büdcəsini dağıtmaqdır. Əgər doğrudan da, elm və təhsil nazirinin dediyi kimi, publik hüquqi şəxsə keçid prosesini başlamaq istəyirlərsə, birinci növbədə hüquqi baza olmalıdr. Belə bir baza yoxdur”,- Elşən Qafarov qeyd edib.

Ekspert deyib ki, hazırki vəziyyətdə 4252 məktəbin 16-sı publik hüquqi şəxsdir.

"Qalan 4236 məktəbin özünün idarə olunması ilə bağlı hüquqi normativ sənədlər yox səviyyəsindədir. Eyni zamanda, 16 məktəbin hansı meyarlara görə seçildiyi haqqında da heç kimdə anlayış yoxdur. Bu şəkildə yeni sistemə keçmirlər. Yeni sistemə keçmək üçün insanları hazırlamaq, kadrları yetişdirmək lazım idi. Ona görə də bu barədə elm və təhsil nazirinin dedikləri populizmdən başqa bir şey deyil. İş görən birinci növbədə hüquqi bazanın yaradılması üçün addım atır. Daha sonra yeni sistemə keçidlə bağlı kadrlar hazırlanır, yeni idarəetmə sistemi ilə bağlı məlumatlandırılma aparılır. Bundan sonra məktəblər pilot layihə üzrə seçilir və işə başlanılır. Təəssüf ki, bizdə belə olmur...”, - təhsil eksperti əlavə edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025