Sosial (20-05-2020, 11:43)
Xalq sairi Sabir Rüstəmxanlının doğum günüdür

Hörmətli Sabir müəllim! Sizi- milli-azadlıq hərəkatının təməllərinin yaradıcılarından və liderlərindən birini, sovet dövründə sosialist realizminə söykənən poeziyamızın milli platforma üzərinə qaytarılmasında cəsarət və fədakarlıq nümunəsi göstərmiş şairimizi, müstəqil Azərbaycan ədəbiyyatının ümumtürk ədəbiyyatının tərkib hissəsi olaraq qan yaddaşının bərpasında sufi-dərvişlik etmiş böyük sənətkarımızı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sabir müəllim, Sizin poeziyanız ümumbəşəri dəyərlərlə nə qədər zəngin olsa da, qitələr arasında möhkəm körpülər yaratmağa xidmət etsə də, Siz milli, həm də milli bir türk şairi olaraq varsınız. Sizin əsərlərinizdən Altaydan, Orxondan, Uyğur çöllərindən yola çıxan türk atlarının kişnərtisi, siyasəti ucalmaq üçün deyil, humanizmə, insanpərvərliyə, zəifə, acizə əl tutmaq vasitəsi bilən türk ərənlərinin səsi gəlir. Modern ədəbiyyat klassikanı inkar deyil, sosial- mənəvi dəyərləri yeni zaman və tarixi şərait çərçivəsində yeni bədii ölçülərdə təqdim etmək, mifologiya, tarixi fakt və təcrbəni millətin strateji məqsədlərinin bədii əsasına çevirməkdir. Bu mənda Sizin yaradıcılığınız ədəbiyyatımızda fərqli bir mərhələdir. Sizin əsərləriniz yeni formalaşmaqda olan nəslin dövlətçilik təfəkkürü üçün zəngin məxəzdir. Ona görə Sizin əsərlrinizin orta və ali məktəktəblərdə geniş şəkildə tədrisi bu gün həmişəkindən daha çox aktuallıq kəsb edir. Hörmətli Sabir müəllim, Sizi bir daha təbrik edir, Sizə cansağlığı və uzun ömür arzulayıram.
Hörmətlə, professor İbrahim Quliyev

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 06 2025
7 06 2025
7 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025