Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (17-05-2020, 22:12)
80 yaşlı sabiq deputat yeni şirkət qurdu











 "Milli Məclisin ötən iki çağırış deputatı olmuş 80 yaşlı Elxan Süleymanov ötən ayın 28-də, yəni ciddi karantin rejiminin hökm sürdüyü günlərdə özünün növbəti şirkətini - "Göyçay Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətini qeydiyyatdan keçirib".

Mediatv.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook" səhifəsində xəbər yayıb. C. Həsənli şirkətin Elxan Süleymanovun hazırda yaşadığı Göyçay rayonunun Nizami küçəsi, ev 274-də hüquqi qeydiyyatdan keçdiyini bildirib.

"Keçmiş deputatın oğlu Vurğun Süleymanov isə (keçmiş gömrük generalı) bu il yanvarın 28-də hüquqi qeydiyyatı Ağsu rayonunun Kəndoba kəndində olan "Sümbül" İstehsal koorperativini təsis edib".
"Elxan Süleymanovun təsis etdiyi Azərbaycan-Bolqarıstan birgə müəssisəsi "Azbol" 1996-cı ildə, "Aqro inkişaf" Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə, "Xəzər-XXI əsr" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2003-cü ildə, Vurğun Süleymanovun təsisçisi olduğu "AZ NM LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2004-cü ildə qeydiyyatdan keçib. "Xəzər-XXI əsr" MMC-nin ötən il ləğv edildiyi elan olunub".
Elxan Süleymanov eyni zamanda 2005-ci ildə Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) da təsis edib. O, Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti dövründə dəfələrlə rüşvət və korrupsiya ittihamları ilə üzləşib.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025