Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:06)
“Qaçqınkom”un departamenti vaxtilə Ramiz Mehdiyevin də “işlərini görmüş” şirkətlə işbirliyinə başlayıb

 
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 03.10.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “FINACCO” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 283.310,35 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 12.12.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı şəhəri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə daha bir tenderin nəticisini satınalmaların portalında 05.12.2025-ci ildə dərc etmişdi. Bu müsabiqənin qalibi “TD İNŞAAT” MMC seçilib və tərəflər arasında 208.114 manat dəyərində satınalma müqaviləsi bağlanılıb.

Göründüyü kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti son bir həftə ərzində Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmirinə yarım milyon manata yaxın dövlət vəsaiti ayırıb.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin ilə “FINACCO” MMC arasında olan ilk işbirliyi deyil.

Sözügedən departament Bakı və Gəncə şəhərləri, Tərtər, Kürdəmir və İmişli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmiri üzrə 315.283,55 manat dəyərində satınalma müqaviləsini “FINACCO” MMC ilə 11.09.2025-ci ildə bağlayıb. Tenderin şərtlər toplusu məlumatlarında Bakı və Gəncə şəhərləri, Tərtər, Kürdəmir və İmişli rayonlarında neçə məcburi köçkün mənzillərinin və fərdi yaşayış evlərinin təmiri açıqlanmır.

Bundan əvvəl isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində mənzillərin və fasad divarlarının təmiri işləri üzrə 199.972,64 manat dəyərində satınalma müqaviləsini “FINACCO” MMC ilə 23.11.2024-cü ildə bağlayıb.

Qeyd edək ki, “FINACCO” MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FINACCO” (VÖEN: 2004096451) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.12.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, GENERAL SƏMƏDBƏY MEHMANDAROV, ev.12, m.15, qanuni təmsilçisinin isə Hüseynov Şahin Rəmyəddin oğlu olduğu qeyd edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada daha maraqlı bir məlumat əldə etdik. Belə ki, Şahin Hüseynovun qanuni təmsilçisi olduğu “FINACCO” MMC Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsi tərəfindən AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının yerləşdiyi bina və ərazilərdə (inzibati və laboratoriya binaları, istehsalat, yardımçı və s. təyinatlı tikililər, xidmət sahələri, cümlədən aidiyyəti ərazilər daxil olmaqla) təmir işlərinin satınalınması üzrə keçirilmiş tenderin qalibi olub və 28.09.2021-ci ildə 993.704,54 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi bu 2019-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasına Ramiz Mehdiyevin rəhbərlik etdiyi dönəmə təsadüf edir. Bu tenderin şərtlər toplusu məlumatlarında göstərilir ki, MMC 3 ay ərzində AMEA-nın Zoologiya, İdarəetmə Sistemləri, Biofizika, Fizika, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutlarında və Mərkəzi Nəbatat Bağında təmir işləri aparmalıdır.

Amma “FINACCO” MMC-nin Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasın prezidenti olduğu vaxt bir neçə tabeli institutun inzibati və laboratoriya binalarında bir milyon manat dəyərində təmir işləri aparıb-aparmaması. Bu təmir işləri həqiqtən də aparılıbmı, yoxsa sadəcə kosmetik işlərlə kifayətlənilib. Çünki, Ramiz Mehtiyev AMEA-da postunu tərk etdikdən sonra quruma tabeli İdarəetmə Sistemləri İnstitutu sözügedən şirkətlə tikili və avadanlıqların cari təmiri üzrə 128.559,94 manat dəyərində 20.10.2022-ci ildə, 99.132,98 manatməbləğində isə 05.06.2023-cü ildə müqavilə bağlayıb.

Buradan sual yaranır. Akademiyanın İdarəetmə Sistemləri İnstitutu 2021-ci iln oktyabr-dekabr aylarında təmir edilmişdisə heç bir il keçməmiş təmirə zərurət haradan yaranıb. Hesab edirik bütün bunlar araşdırılsa bir çox qaranlıq məsələlərə aydınlıq gələr.

Qeyd edək ki, sözügedən dövrdə AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsini Fikrət Əliyev icra edib. Medianın o vaxtlar yaydığı məlumata görə o, akademiyanın prezidenti olmuş, Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşıdır./unikal.org/ Həmin dövrdə elektron medianın yazdığında görə milyonlarla vəsaitin ayrılmasına rəğmən, işlərin əksəriyyəti yarımçıq, bəziləri isə ümumiyyətlə, görülməmişdir. Məlumatlarda ayrılan vəsaitlərin əsasən Nabatat bağının, Zoologiya İnstitutunun, Biofizika, Torpaqşünaslıq və digər institutların təmiri üzrə yazıldığı və silindiyi iddia olunub. İndi kim zəmanət verə bilər ki, “FINACCO” MMC-nin AMEA-nın institutlarında apardığı silinmə əməliyyatlarını Biləsuvardakı məcburi köçkün qəsəbələrində də aparmayacaq.

Aktualinfo.net
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
13 12 2025