Kriminal / Slayd (Bu gün, 15:30)
İslam Rzayev rüşvəti belə yığıb - DTX video yaydı

Dövlət Təhlükəsizliyi Xidməti bu ilin oktyabrında Balakən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan icra başçısı İslam Rzayevlə bağlı məlumat yayıb.
Mediatv.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yarandığı bildirilib.
“Müəyyən olunub ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməyib, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb.
Faktla bağlı DTX-nin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, oktyabrın 30-u Prezidentin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2011-ci ildən sözügedən vəzifəni icra edirdi
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
13 12 2025



























