Siyasət / Slayd (Bu gün, 15:42)
Yeni yaradılan Təşkilat Komitəsinin sədri Samir Şərifov oldu -SƏRƏNCAM
Prezident İlham Əliyev 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Mediatv.az xəbər verir ki, Sərəncama əsasən, 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri
Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının gənclər və idman naziri
Təşkilat Komitəsinin üzvləri:
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı.
Sərəncamla 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilib.
Təşkilat Komitəsi 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
13 12 2025



























