Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 15:37)
İmişlinin icra başçısı Elçin Rzayev sələfinin taleyini yaşaya bilər –Dövlətin pulun belə xərcləyir...

     "NTC Company" MMC icra başçısına 30% “atkat” verib!

 İmişli Rayon İcra Hakimiyyəti "NTC Company" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə daha bir müqavilə bağlayıb. Bu dəfə də, İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisi işləri ilə bağlı. 05.12.2025-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında 500.000 AZN məbləğində müqavilə bağlanıb...

Xatırladaq ki, "NTC Company" MMC İmişli Rayon İcra Hakimiyyəti üçün “doğma” şirkətdir. Bundan əvvəl də, tərəflər arasında əməkdaşlıq olub. Eyni iş üzrə- İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisi ilə bağlı. Həm də məhkəmə salonlarında dartışılan “əməkdaşlıq” ...            

                       Niyə məhz "NTC Company" MMC?!      

İmişlidən olan oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumata görə, İmişli Rayon İcra Hakimiyyəti ilə "NTC Company" MMC arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var...Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə İmişli Rayon İcra Hakimiyyəti yuxarıda qeyd etdiyimiz iş üzrə tender elan etmədən, bir mənbədən olmaqla "NTC Company" MMC ilə müqavilə bağlayıb.

Bu ilginc faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur:  İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisi işləri ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa "NTC Company" MMC ilə müqavilə bağlamaq hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, İmişli Rayon İcra Hakimiyyəti tərəfdən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

"NTC Company" MMC-nə niyə üstünlük verilib? Və s... 

         "NTC Company" MMC icra başçısına 30% “atkat” verib!

Yuxarıda da qeyd etdiyimiz kimi, "NTC Company" MMC İmişli Rayon İcra Hakimiyyəti üçün “doğma” şirkətdir. Hələ sabiq icra başçısı Vilyam Hacıyevin dönəmində tərəflər arasında eyni işlə bağlı - İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisi ilə bağlı 4 milyon manatlıq müqvilə bağlanıb. Həm də necə?  

5000 manat rüşvət alan prokurorluq işçisi - HƏBS EDİLDİ | FED.az

Bu istiqamətdə apardığımız araşdırmalarla məlum oldu ki, hazırda həbsdə olan Vilyam Hacıyevin məhkəməsində dartışılan epizodlardan biri də məhz "NTC Company" MMC ilə “əməkdaşlıq” olub. Belə ki, 21 fevral 2022-ci il tarixli məhkəmə iclasında şirkətin direktor müşaviri Səyaləı Səfərova bildirib ki, binanın tikintisi üçün təmsil etdiyi şirkətə 4 milyon manat pul köçürülüb.

“Lakin Vilyam Hacıyev həmin vəsaitin 30 faizinin onlara çatmalı olduğunu dedi. Əvvəl bu qiymətə iş görə bilmərik deyib, etirazımı bildirdim. Vilyam Hacıyev məni işi əlimdən alacağı ilə hədələdi. Məcbur qalıb, 30 faizə razılaşdım”.  

Adı dəfələrlə məhkəmə müstəvisində hallanan "NTC Company" MMC ilə bağlı internet üzərindən heç bir əlaqə vasitəsinə rast olmaq mümükün deyil(?) Dövlətin milyonlarla vəsaitinin belə bir şirkətə etibar edildiyi ciddi şübhələrə yol açır...

Biz Yenixeber.org olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə bu ayın 6-da  İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab Elçin Rzayevə online rəsmi sorğu ünvanladıq. Təəssüf ki, nə sorğumuza cavab verildi, nə də telefonla əlaqə yaratmaq cəhdlərimiz nəticə verdi. (Məlum oldu ki, İmişli Rayon İcra Hakimiyyətinin saytındakı telefon nömrələrinin heç biri təyin edilməyib(?)Red.)

                                    Cənab başçıya xatırlatma

Əvvəla, cənab Elçin Rzayevə xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir!

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb. Elçin müəllimin indi oturduğu kabinetin qapısı vaxtı ilə döyülmədən açıldığı kimi...Yaxşı olardı ki, sələfinin taleyini unutmasın. (Hərçənd ki, biz heç kimə o taleyi arzulamırıq. Red.) (Yenixeber.org)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
13 12 2025