Sosial (Bu gün, 11:12)
Binəqədi rayonu, neftin ərazisi: Qanunsuz tikililər kimlərin himayəsi ilə ucalır?-FOTOLAR
Neft sənayesi üçün strateji əhəmiyyət daşıyan ərazilərdə qanunsuz tikililərin baş alıb getməsi artıq adi mənzərəyə çevrilib. Neft quyularına, texniki zonalara və təhlükəsizlik zolaqlarına yaxın sahələrdə sürətlə ucaldılan tikililər təkcə şəhərsalma qaydalarının deyil, eyni zamanda təhlükəsizlik və ekoloji normaların açıq-aşkar tapdalanmasıdır.
Mütəxəssislər bildirirlər ki, neftin çıxarıldığı və emal olunduğu ərazilərdə istənilən tikinti ciddi risk daşıyır. Torpaq qatının çökməsi, qaz sızmaları, yanğın və partlayış ehtimalı bu zonalarda yaşayışı faktiki olaraq təhlükəli edir.Mediatv.az-a daxil olan məlumata görə belə qanunsuz tikililərdən biri də,bəzi “işgüzar” şəxslər tərəfindən bu riskləri vecinə almadan Binəqədi rayon Xocəsən qəsəbəsi E.Əzimov küçəsi 205c ünvanında aparılır.
Sual açıq qalır: bu tikililərə kim icazə verir? Daha doğrusu, kim göz yumur? Çünki belə ərazilərdə bir dənə də olsun daşın icazəsiz qoyulması mümkün deyil. Deməli, problem təkcə qanunsuz tikinti aparanlarda yox, bu prosesə nəzarət etməli olan qurumların səssizliyindədir. İcra strukturları, yerli bələdiyyələr və aidiyyəti nəzarət orqanları ya vəziyyətdən xəbərsizdirlər, ya da bilərəkdən susurlar.
Bir gün gəlir, tikili “qanunsuz” elan olunur, kommunal xətlər kəsilir, söküntü təhlükəsi yaranır. Qazanan isə yalnız bu xaosdan pul götürənlər olur.
Binəqədi rayonunda neft ərazilərindəki qanunsuz tikililər tək-tük hal deyil, sistemli problemdir. Bu problem ya ciddi araşdırma və hüquqi addımlarla həll olunacaq, ya da sabah daha böyük fəlakətlərin xəbərçisi olacaq. Cəmiyyət isə haqlı olaraq soruşur: təhlükəsizlik və qanun nə vaxta qədər maraqların kölgəsində qalacaq?
Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025


























