Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:30)
Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır – Vaxtılə özü də saxta dərmanlar paylayıb

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi qurumun Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün peyvənd, baytarlıq preparatları və ləvazimatlarının satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalında keçirilmədən, yəni birmənbədən satınalma metodu tətbiq etməklə “BİOVETAGRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 261.726,36 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 11.12.2025-ci ildə dərc edilib. Qeyd edək ki, Agentliyin iki yüz əlli min manatdan yuxarı müqavilə bağladığ “BİOVETAGRO”  MMC-nin fəaliyyət sferası barədə məlumat yoxdur. MMC-nin yalnız 09.08.2024-cü ildə dərman, sarğı ləvazimatlarının və materialların satın alınması üzrə Bakı şəhər heyvanat parkı ilə 39.160,57 manat məbləğində satınalma müqaviləsi bağladığı barədə məlumat var.

Buna baxmayaraq Aqrar Xidmətlər Agentliyi sözügedən MMC ilə birmənbədən müqavilə bağlamışdır.  Bəs qanun hansı hallarda birmənbədən satınalma metodu tətbiq etməyə yol verir?

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, peyvənd, baytarlıq preparatları və ləvazimatlarının satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz, ölkəmizdə epidemiya ilə bağlı fövqəladə vəziyyət elan olunmayıb. Bunlarla bərəbər Agentliyinmüqavilə bağladığı şirkət də konkret təchizatçı deyil.

İndi gəlin görək Aqrar Xidmətlər Agentliyinin satınalmalarda önəm verdiyi “BİOVETAGRO” MMC kimə məxsusdur və barəsində rəsmi və qeyri rəsmi nə kimi məlumatlar var.

Rəsmi, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BİOVETAGRO”  (VÖEN: 1308255111) Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 03.04.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev.6, qanuni təmsilçisinin isə Süleymanov Azər İdris oğlu olduğu göstərilir.

Açıq mənbələrdə “BİOVETAGRO” MMC barədə rəsmi məlumatlar bu qədərdir. Amma medianın hələ illər öncə MMC-nin hazırki qanuni təmsilçisi Süleymanov Azər İdris oğlu barədə yaydığı məlumatlar çox maraqlıdır.

Mediada yayılan məlumatlara görə Azər Süleymanov illər öncə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib. Sabiq nazir Heydər Əsədovun kadrı olub. Dövlət Xidmətinin rəisi səlahiyyətlərini müvəqqəti icra etməyə başladığı ilk gündən Kənd Təsərrüfatı Nazirliyindəki havadarlarından stimul alaraq 3 il müddətində milyonçuya çevrilib. Dəbdəbəli kabinetini, idxal-ixrac, dərman preparatlarından gələn gəliri buraxıb rayonlara getməyib. Çünki bilib ki, yerlərə gedəndə fermerlər yaxasından tutub, ölkəyə gətirdiyi keyfiyyətsiz vaksinin, effekti olmayan dərman preparatlarının, heyvanlarının ölməsinə səbəb olan brusellyoz, dabaq, qarayara, xlamidioz, yoluxucu dermatit xəstəliyinin haq-hesabını çəkəcək.

Bundan başqa, onun rəhbərliyi altında ucuz alınmış, yararlıq müddətinin bitməsinə az qalmış baytarlıqda tətbiq edilən müalicə preparatlarının alınıb gətirilməsində total saxtakarlıqlara yol verilib. A.Süleymanov rayon, şəhər baytarlıq idarələr rəislərini yararlıq müddətinin bitməsinə az qalmış preparatların saxta sənədlərlə silinməsinə məcbur edib.

Azər Süleymanovun həyata keçirdiyi əməliyyatlar nəticəsində Büdcədən ayrılmış vəsait hesabına alınan alət və baytarlıq preparatlarının alış qiyməti şişirdilib. Avtomat şprisin istehsalçı-zavod tərəfindən satış qiyməti 80-85 manat olduğu halda, 2018-ci ildə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin baytarlıq idarələrinə 24.01.2018 ci il 01-03-08 nömrəli bölgü əsasında verilmiş hesab- fakturada həmin şprisin bir ədədi 160 manata sənədləşdirilib. Dabaq xəstəliyinin AO Asiya 1 tipinə qarşı vaksinin istehsalçı Şelkovskiy Bioloji Kombinatında min dozasının satış qiyməti (çatdırılma xərci də daxil olmaqla) 170-180 manat oduğu halda, 2016-ci ildə 409 manat və 2018-ci ildə isə min dozası 603 manata sənədləşdirilib.

Mediada yayılan məlumatları ətraflı bu linkdən oxuya bilərsiniz: https://xalqxeber.az/society/24718-total-saxtakarligin-sonu-ve-ya-azer-suleymanov-erasi-bitir.html

Göründüyü kimi Aqrar Xidmətlər Agentliyi vaxtı ilə Kənd Təsərrüfatı Nazirliyinin məmuru olmuş, adı bir çox vəzifə saxtakarlığında hallanan Azər Süleymanova məxsus şirkətlə müqavilə bağlamışdır ki, şübhələnməyə kifayət qədər əsaslar var.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevdi. O, bu vəzifəyə nazir Məcnun Məmmədovun əmri ilə 2023-cü ilin oktyabrında təyin edilib. Daha əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub.(aktualinfo.net)


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025