Karusel / Redaktor seçimi (10-02-2025, 09:06)
Yasamalda qanunsuz tikintiyə kim İCAZƏ VERİB?-FOTOLAR

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün vacib qurumdan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Əlbəttə ki, belə olan halda müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikintilərlə bağlı tədbirlər görülür. Ya söküntüsü, ya da tikintinin dayandırılması həyata keçirilir. Bundan əlavə, inzibati tədbirlər görülür.Mediatv.az xəbər verir ki, qanunsuz tikintilərdən biri də Yasamal rayonu Müzəffər Həsənov küçəsi ərazisində həyata keçrilir.Redaksiyamıza daxil olmuş məlumata görə sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının heç birindən lazımi icazəverici sənədləri alınmayıb, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmayır.Dəmir konstruksiyalardan istifadə etməklə tikintinin ərazisi genişləndirilir.Aydın məsələdir ki,respublikamızda aparılan tikintilərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi,Rayon İcra Hakimiyyəti və onun aidiyyatı qurumları,Bakı şəhər icra hakimiyyəti və onun müvafiq qurumları və.s nəzarət edir.
Belə olan halda qarşıya müəyyən suallar çıxır.Necə ola bilər ki Yasamal kimi bir rayonda qanunsuz tikinti işləri aparılır,amma yuxarıda adları sadalanan təşkilatların heç birinin xəbəri olmur? Yaxud da qanunsuz tikintiyə "göz yummağa" görə səlahiyyət sahibləri ilə belə işbazları hansı maraqlar birləşdirir?Yəqin ki yaxın günlərdə aidiyyatı qurumlara sorgu ilə müraciət edib səslənən fikirlərə cavab tapmağa çalışacağıq




Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
18 02 2025
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır (Eksklüziv)
18 02 2025
18 02 2025
18 02 2025
18 02 2025
18 02 2025
18 02 2025
18 02 2025
18 02 2025