Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:18)
Zal Yusifovun oğlunun İŞİ: qarşı tərəfin iddiası təmin olunmadı

 
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Rəfail Həsənovun vəkili işlə tanış olmağa vaxt istəyib. Vəkil həmçinin vəsatət verərək, dəymiş maddi ziyanın 362 000 manatdan ancaq 102 000 manatın ödənildiyini, yerdə qalan digər vəsatini ödənilməsi tələbinin qoyulması, Abbasov İlhamın barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Məhkəmə qısa müşavirədən sonra təmin edilmədiyini, işin məhkəmə baxışına verildiyini elan edib. Növbəti proses 26 yanvar saat 15:30-a təyin olunub.
İttihama görə, İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.
İstintaq zamanı İslam Yusifovla əlbir olan İlham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.
Xatırladaq ki, İslam Yusifovun atası, "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinib. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025