Sosial (Bu gün, 12:27)
İcra başçısının YALANI üzə çıxdı: 350 yox, 3500 manat imiş… - DETALLAR
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov balıq festivalında geyindiyi üst geyimin hansı markaya məxsus olduğunu açıqlamasa da, qiymətinin 350 manat olduğunu bildirdi.
Tribuna.az gənc icra başçısının geyindiyi üst geyimlə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, kişilər üçün bu tərz və üslubda üst geyimləri istehsal edən çox az marka var. Üst geyiminin klassik, qısa, sadə dizaynlı, gizli düymə dizaynlı olması onun dünyaca məşhur bahalı brendlərdən olan “Hugo Boss”, “Massimo Dutti”, “Burberry” markalarına aid olduğunu göstərir.
Sadaladığımız hər 3 marka kişilər üçün minimalist, gizli düymə paketli trençkotlar hazırlayır.
Ancaq icra başçısının dediyi kimi əynindəki üst geyim qiymətinin 350 manat olma ehtimalı yoxdur. Çünki bu üslub və formada üst geyim istehsal edən markaların heç birində bu qiymətə üst palto, trenç yoxdur.
İcra başçısının əynindəki üst geyim üslub və forma baxımından “Burberry” brendinə daha çox uyğundur. Hazırda bu brendin bu tərz, lakin cibləri düyməli modelləri satışdadır. Bu marka lüks seqmentdədir və buna görə də qiymətləri olduqca yüksəkdir.
“Burberry”nin bu üslubda olan klassik trenç paltoların qiyməti 2,850-3,500 dollar arasında dəyişir. Bu marka ötən il sözügedən modelin gizli düyməli modlərini satışa çıxarmışdı. Böyük ehtimalla, icra başçısının əynindəki üst geyim də bu markanın ötən ilki kolleksiyasındandır.“Hugo Boss” və “Massimo Dutti” markalarının bu üslubda klassik paltolarının qiyməti isə nisbətən daha münasibdir. Bu markaların Azərbaycanda orijinal modelləri rəsmi mağaza və butiklərdə 1000-1500 manat civarındadır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025

























