Sosial / Slayd (30-04-2020, 21:53)
Suraxanı OİL şirkətinin ərazisində evlər necə tikilir?-FOTOLAR

Qanunsuz tikilən evlərlə bağlı ən böyük problem riskli ərazilərdə inşa edilmiş tikililərdir. Mediatv.az xəbər verir ki Bakıda neft yataqları arasında inşa edilmiş fərdi evlərin daha çox olduğu ünvandan biri də, Suraxanı rayon Bül-bülə qəsəbəsində olub.Qanunsuz tikililər ARDNŞ-ə məxsus neftlə çirklənmiş ərazilərdə, hətta mədənlərdə də tikilib.Bu ərazilərdə tikilən evlərin ilk növbədə sakinlərin özü üçün təhlükəlidir. Başa düşmək lazımdır ki, neft quyusunun yanında ev tikmək həm təhlükəlidir, həm də ekoloji cəhətdən çox ziyanlıdır. .
Bül-bülə qəsəbəsinin neft yataqları olan əraziləri Suraxanı OİL şirkətinin saziş ərazisinə düşdüyündən, həmin ərazilərdə inşa edilmiş tikililər qanunsuz sayılır. Elə neft buruqları ilə "qonşu" olan fərdi evlərin sakinlərinin də narahatlığına səbəb olan amil məhz budur.Belə evlərin sökülməsi nə vaxtsa nəzərdə tutularsa, neft yataqlarının yanındakı tikililər hasilata mane yaratdığı üçün ola bilər ki, belə evlərə kompensasiya verilməsin. Neft buruqlarına yaxın, eləcə də saziş ərazisində yüzlərlə tikili var.Demək olar ki əksəriyyətinin heç bir sənədi yoxdur.Neft quyularının mühafizə zonasında, yüksək təzyiqli neft-qaz magistrallarında yaşayış evlərinin tikilməsi ciddi nəticələr verə bilər, istənilən an bədbəxt hadisə ortaya çıxa bilər. Ən dəhşətlisi odur ki, bu ərazilərdəki tullantılar adamların sağlamlığına ziyan vurur.Çox təəsüflər olsun ki belə tikililər indi də davam edir.Mediatv.az-a verilən məlumata görə Suraxanı OİL şirkətinin saziş ərazisində yeni tikililər,Suraxanı OİL şirkətinin mühafizə xidmətinin rəhbəri Akif müəllimlə qeyri-rəsmi razılaşdırıldıqdan sonra baş verir.Təbii ki belə "razılıq" müəyyən maddi maraqlar daxilində baş verir.Hal hazırda belə qanunsuz tikililərdən biri də 1-ci mədən,Samir Əliyev küçəsi,12 nömrəli Kəlbəcər orta məktəbinin yanında gedir.Redaksiyamıza verilmiş məlumata görə bu tikintiyə Suraxanı OİL şirkətinin mühafizə xidmətinin rəhbəri Akif müəllim müəyyən maddi maraqlar daxilində qeyri rəsmi icazə verib.Suraxanı OİL şirkətinə dəfələrlə zəng edib hazırda gedən bu tikintiyə kimin razılıq verdiyini öyrənmək isdəsək də, gün ərzində suallarımızı cavablandıran olmadı.
Mövzuya qayıdacağıq




Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
1 06 2025
1 06 2025
1 06 2025
1 06 2025
1 06 2025
31 05 2025