Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-04-2024, 12:55)
İcra hakimiyyətinin vəzifəliləri ilə əlbir olan şəxsin yenidən məhkəməsi başladı

İcra hakimiyyətinin vəzifəliləri ilə əlbir olan şəxsin yenidən məhkəməsi başladı
Ali Məhkəmədə "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” ictimai birliyinin üzvləri üçün Nərimanov rayonunda inşa edilmiş mənzilləri qanunsuz olaraq satmaqda ittiham edilən Məzahir Nəsibovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin iclası aprelin 9-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən M.Nəsibov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: İş üzrə zərərçəkmiş Sərhəd İbayev məhkəmədə dindirilən zaman bildirib ki, mənzil almaq üçün 40 min manatı M.Nəsibova verib.

Bu iş üzrə araşdırmalar bir neçə ildən artıqdır davam edib. Cinayət əməlinə görə ayrı-ayrı şəxslər də məsuliyyətə cəlb edilib. Onlar vətəndaşlardan rüşvət alaraq Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə veriblər və beləliklə vətəndaşları aldadıblar.

Xatırlatma: M.Nəsibov Ukraynada tutularaq Azərbaycan Respublikasına ekstradisiya olunub.

Onun "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün növbəlilik qaydasında paylanması nəzərdə tutulmasına baxmayaraq, binanın tikintisi başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib 111 kənar şəxsə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

M.Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdi. Ukraynanın hüquq-mühafizə orqanları ilə qurulmuş əməkdaşlıq əlaqələri nəticəsində o, Ukraynada tutularaq 11 may 2020-ci il tarixdə Azərbaycana ekstradisiya olunub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024