Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (10-11-2023, 11:34)
Cəmiyyət sədrinin şok səs yazısı -VİDEO


       Cəmiyyət sədrinin şok səs yazısı - VİDEO
Redaksiyamıza gözdən birinci qrup əlil olan Rüstəm Əhmədov növbəti dəfə müraciət edib.
Öncədən onu da qeyd edək ki, Rüstəm həm də peşəkar müsiqiçidir. Bəstəkarlar mərhum Tofiq Quliyev, Oktay Rəcəbov və Mərhum sənətkarımız Mirzə Babayevin xeyir duasını alaraq müsiqi sənəti ilə məşğul olur.
Rüstəm Əhmədov bildirir ki, uzun illərdir 6 nəfər ailə üzvü ilə kirayədə qalıram. Kirayədə qalmağımın səbəbi isə gözdən əlil olduğum çun 2005-ci ildən Nərimanov Rayonunda mənzil növbəsindəyəm.
Bu 18 ildə mənzilnən təmin olunmadığıma görə əsas müqəssir gözdən əlillər cəmiyyətinin sədri Semyar Abdullayevdir.
Bu barədə biz əvvəlki video materallarımızda da məlumat vermişdirk.
Rüstəm Əhmədov deyir ki, 2017-ci ildə Mehdiyev Qadir adlı şəxs özünü gözdən əlillər cəmiyyətinin sədri Semyar Abdullayevin yaxın tanışı, və gözdən əlillər cəmiyyətinin ictimai birliyinin nümayəndəsi kimi təqdim edərək məni məcbur edib evimi satdırıb, "bu yolda Semyar Abdullayevə pul verməsən səni mənzilnən təmin etməyəcək" deyib, ümumilikdə məndən 17 min 900 manat pul alıb.
Çox təəssüf ki Qadir Mehdiyev verdiyi vədlərə sadiq qalmadığı üçün məni aldatdığlarına görə 2022-ci ildə Semyar Abdullayev və Mehdiyev Qadir haqqında dövlətimizin müvafiq orqanlarına şikayət etdim. Hal-hazırda Səbail rayon məhkəməsində hakim Ağamalı Qafarovun sədrliyi ilə 27 oktyabrda birinci 6 noyabrda isə ikinci məhkəmə iclası keçirilib.
Amma Semyar Abdullayevin və digər şəxs olan Yoməddin Şixəliyev məhkəməyə şahid qismində cəlb olunub. 6 noyabrda keçirilən 2-ci məhkəmə iclasına şahidlər dəvət olunub amma şahidlərin məhkəmədə iştirak etmədi.
Əhmədov Rüstəm bir vətəndaş olaraq ölkə başçısı cənab İlham Əliyevdən və baş prokuror cənab Kəmran Əliyevdən kömək istəyir.
Xahiş edirəm ki, təqsirləndirilən Mehdiyev Qadir Saftar oğlu ilə paralel olaraq cəmiyyət sədri Semyar Abdullayev və özünü Yoməddin kimi təqdim edərək əsil adı Şixəliyev Niyaməddin Malik oğlunu cinayət məcəlləsini 178-ci maddəsi ilə yəni qulluq mövqeyinin istifadə edilməyində törədilmiş dələduzluq əməli ilə cinayət məhsuliyətinə cəlb olunsun. 1-ci və 2-ci məhkəmə iclasına yaxın günlərdə təksirləndirilən şəxs olan Mehdiyev Qadir Saftar oğlunun mənə göndərdiyi whatsapp səsləri yazılarını redaksiyanıza təqdim edirəm.
Rüstəm Əhmədov redaksiyamıza ona qarşı haqsızlıq edən şəxslərin səs yazıların ıda təqdim edib.
Həmin video materialı təqdim edirik:

Mənbə:Gundeminfo.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024