Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:14)
Suraxanıda anım tədbirləri keçirildi - Fotolar

 



Mediatv.az  xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçuları Qafarov Savalan İsfəndiyar oğlunun, Rzayev Ramil Elçin oğlunun, mayor Nəcəfi Elxan Şükür oğlunun, Qasımzadə İnqilab Füzuli oğlunun, Qasımov Kamal Hüseyin oğlunun il mərasimləri keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimlərdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak ediblər.

Şəhidlərin məzarları ziyarət edilərək xatirələri ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Açılan ehsan süfrələrində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş bütün şəhidlərimizin əziz xatirələri yad edilib.

Şəhidlərin doğmalarına dərin hüznlə başsağlığı verən RİH başçısı Adil Əliyev çıxış edərək bildirib ki, müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

O, qeyd edib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə aparılan antiterror əməliyyatları nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.

Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır

 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024