Sosial (18-02-2022, 20:20)
Suraxanıda şəhidin xatirəsinə bulaq-abidə kompleksi inşa edildi - Fotolar




Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan Eissavi Muhamməd Mazen oğlunun doğum günündə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib, Şəhidin məzarı ziyarət olunub.“Mediatv.az” xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Şəhidin doğmaları və yaxınları iştirak ediblər.
Şəhidin bulaq-abidə kompleksinin və məzarının önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra, Eissavi Muhamməd Mazen oğlunun məzun olduğu Ə.Məmmədov adına 76 saylı tam orta məktəbdə doğum günü münasibətilə anım tədbiri keçirilib.
Məktəbin şagirdlərinin ifasında təqdim olunan bədii hissənin yekununda Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun gücü və peşəkarlığı sayəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq səlnaməsinin olduğunu qeyd edib və bütün Şəhidlərimizin timsalında Eissavi Muhamməd Mazen oğluna Allahdan rəhmət, onun ailəsinə isə səbr diləyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025























