Karusel (Bu gün, 20:35)
"Karqo Şamil"in görünməyən üzü... - İLGİNC FAKTLAR...
Müasir iş dünyasında şəffaflıq və ictimai hesabatlılıq uğurun əsas meyarlarından biri sayılır. Lakin bəzən böyük biznes imperiyalarının rəhbərləri bu prinsiplərlə deyil, qapalı idarəçilik və tənqidə qarşı sərt dözümsüz davranışları ilə gündəmə gəlirlər. Bu sahədə adı ən çox hallanan şəxslərdən biri də Azərbaycanın yükdaşıma və tikinti sahəsində geniş şəbəkəyə malik olduğu deyilən, ictimaiyyət arasında "Karqo Şamil" kimi tanınan iş adamı Şamil Heydərovdur.
Xüsusilə, vaxtilə Ramiz Mehdiyevin siyasi nomenklaturasının "inkubatorunda" yetişən və onun himayəsi ilə böyük biznes rıçaqlarına sahiblənən Şamil Heydərov tənqidi özünə hələ də təhdid kimi görür. Onun mediaya qarşı aqressiv dözümsüzlüyü isə bir daha onu göstərir ki, Şamil Heydərov hələ də mənsub olduğu Ramiz Mehdiyevdən qalmış köhnə və qeyri-şəffaf idarəçilik sisteminin genetik kodlarından uzaqlaşa bilmir.
İndi Azərbaycanda bütün sahələrdə olduğu kimi, biznes sektorunda da hesabatlılıq mədəniyyət göstəricisinə çevrilib. Ancaq özünü hələ də "toxunulmaz" hesab edən Şamil Heydərov nədənsə bu reallığı qəbul etmək istəmir. Onun fəaliyyət modelində şəffaflıq və sağlam tənqidə dözümlülük yox, Ramiz Mehdiyev kimi medianı hədələmək yolunun üfüqü tutulur. Bu, heç də təsadüfi deyil. Çünki bu, Ramiz Mehdiyev dövrünün kölgəsində boy atmış və hələ də onun himayəsinə arxalanaraq "toxunulmazlıq zirehinə" bürünən köhnə təfəkkürün qalıqlarıdır. Ramiz Mehdiyev kimi Şamil Heydərov da ölkəmizin şəffaflıq islahatları ilə barışmaq istəmir, əksinə, keçmişin "qaranlıq dəhlizində" nəfəs alır.
Bu gün Şamil Heydərovun inşa etdirdiyi binaların onlarla sakini sözügedən evlərdən yığılan pulların qeyri-şəffaf xərclənməsindən, burada göstərilən xidmət keyfiyyətlərinin çox aşağı səviyyədə olmasından şikayətçidir. İş adamı vaxtilə həmin binalardan sakinlərə baha qiymətə evlər satarkən, vətəndaşlara "rahat həyat" vədləri vermişdi. Belə vətəndaşlardan olan Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən binanın sakinləri deyir ki, yağışlı havalarda binanın qarajını su basır, ərazidə hərəkət etmək çətinləşir. Binaya cavabdeh olan şəxslər isə problemin aradan qaldırılması üçün lazımi addımlar atmaq istəmirlər. İllərdir davam edən bu cür problemlər sakinlərin səbr kasasını daşdırıb, onlar nəhayət üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kütləvi şəkildə müraciət edirlər...
2009-cu ildə sakinlərin böyük ümidlərlə köçdüyü bu çoxmərtəbəli binada hazırda xaotik mənzərə yaşanır. Sakinlərin sözlərinə görə, sözügedən bina Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərova məxsus “İdeal” MTK tərəfindən 2009-cu ildə inşa edilib. Binada yerləşən ticarət obyektləri də elə Şamil Heydərova məxsusdur.
Sakinlərin sözlərinə görə, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən və 500-dən çox sakinin yaşadığı binada hər ay orta hesabla hər bir sakindən 100 manata yaxın pul yığılır. Ayda 50 min, ildə 600 mindən çox bu vəsait nəhəng büdcə deməkdir. Bu vəsaitin hara xərcləndiyi isə bəlli deyil. Sakinlər hər ay bu qədər ödəniş etsələr də, qarşılığında nə xidmət görürlər, nə də şəffaf hesabat. Bu, insanların etibarından sui-istifadə edərək, qurulan qeyri-şəffaf fəaliyyətin çılpaq mənzərəsidir. İş adamı Şamil Heydərov isə hələ də sakinlərə yığılan pulların hesabatını vermək istəmir.
İş adamı həmin binaya təyin etdiyi nümayəndəsi, “komendat” kimi fəaliyyət göstərən Sahib adlı şəxs də illərdir ona edilən müraciətlərə, şikayətlərə etinasız yanaşır, ona görə də indiyədək həmin binada problemlər həllini tapmayıb. Sakinlərin haqlı etirazları da məhz “İdeal” MTK-nın sahibi Şamil Heydərovun onların taleyinə qarşı olan nümayişkaranə etinasızlığının real təzahürüdür.
Demokrat.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
20 01 2026


























