Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 20:55)
Binəqədidə açıq özbaşınalıq: QADAĞAN OLUNMUŞ ZONADA TİKİNTİ-VİDEO

 

Binəqədi rayonunda, Şah Abbas küçəsi ilə Dəyirman yolunun kəsişməsində, “777” tikinti malları mağazasının arxasında aparılan nəhəng tikinti artıq sadəcə şübhə doğurmur – bu, açıq-aşkar qanunsuzluqdur. Üstəlik, söhbət adi bir icazəsiz tikintidən yox, partlayış və ekoloji fəlakət riski olan ərazidə aparılan təhlükəli işlərdən gedir.
Mediatv.az-a daxil olan məlumatlara görə, tikinti aparılan ərazi Dövlət Neft Şirkəti (SOCAR)-ın balansındadır. Daha dəhşətlisi isə odur ki, obyekt fəaliyyətdə olan neft quyusunun bir neçə metrliyində inşa edilir. Bu fakt özü-özlüyündə cinayət tərkibi yaradan təhlükəsizlik pozuntusudur. Neft buruğunun yaxınlığında beton tökmək, ağır texnika işlətmək hansı ağlın, hansı məsuliyyətin məhsuludur? Qanunvericilik birmənalı bildirilir ki, neft-qaz obyektlərinin ətrafında mühafizə zonaları mövcuddur və həmin zonalarda istənilən tikinti qadağandır. Bu norma illərdir qüvvədədir. Bəs sual yaranır – bu tikinti hansı “xüsusi icazə” ilə, hansı “toxunulmazlıq”la aparılır?
Daxil olmuş məlumatları dəqiqləşdirmək üçün 19.01.2026-cı il tarixdə 10/336 nömrəli məktubla Binəqədi Rayon İcra Hakimiyyəti-nə sorğu ünvanladıq.Sorğumuza dərhal cavab gəldi.Rəsmi cavabda bildirilir ki, ərazi SOCAR-ın mühafizə zonası olduğu üçün aidiyyəti üzrə həmin quruma müraciət etməyimiz “tövsiyə olunur”.
Bu cavab nə cavabdır, nə də mövqedir. Bu, məsuliyyətdən açıq qaçışdır. Çünki Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”, eləcə də 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə yerli icra hakimiyyətlərinə açıq şəkildə tapşırır: Rayon ərazisində aparılan bütün tikintilərə nəzarət etmək, qanunsuz tikililəri dərhal dayandırmaq və hüquqi tədbirlər görmək.
Prezidentin sərəncamında “SOCAR ərazisidirsə, nəzarət etmirik” kimi bir anlayış yoxdur. Əksinə, rayon ərazisində baş verən hər bir qanunsuzluğa görə birbaşa məsuliyyət icra hakimiyyətinin üzərinə düşür.
Məlumata görə, Binəqədi rayonunda tikinti sahəsinə nəzarət səlahiyyəti icra hakimiyyəti başçısının birinci müavini Hacıbaba Bağırovun kurasiyasındadır. Bu halda sual artıq ritorik yox, konkret və ünvanlıdır: Neft quyusunun bir neçə metrliyində aparılan bu qanunsuz və təhlükəli tikinti onun nəzarətindən necə kənarda qala bilər? Yoxsa kənarda qalmayıb, sadəcə bilə-bilə görməməzlikdən gəlinir?
Əgər bu tikinti bu qədər açıq-aşkar qanun pozuntusu olduğu halda dayandırılmırsa, deməli ortada himayədarlıq şübhəsi var. Əks halda, bir ekskavatorun, bir betonqarışdıranın belə neft buruğunun yanına yaxınlaşmasına imkan verilməzdi. Burada artıq söhbət şəhərsalma qaydalarından getmir. Burada qanunların kağız üzərində qalmasından və vətəndaşların həyatının risk altına atılmasından gedir. Bu tikinti davam etdikcə, suallar da sərtləşir:
Binəqədidə qanun işləyir, yoxsa seçmə qaydada müəyyən şəxslərə tətbiq olunur?

Bu suallar cavabsız qaldıqca, Binəqədidəki həmin tikinti təkcə beton və armaturdan ibarət obyekt yox, qanunlara meydan oxuyan simvola çevrilir.

 Qarşı tərəfin cavab haqqını tanıyırıq.
   Mediatv.az
 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
20 01 2026