Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 17:51)
“Qaçqınkom” niyə “166 Global Logistcs”la anlaşır? – Fuad Hüseynov məsələsi

 Məlum olduğu kimi, Qarabağ işğaldan azad edildikdən sonra sakinlərin öz doğma yurd-yuvalarına köçürülməsi prosesi start götürüb.
Tribuna.az xəbər verir ki, “Böyük qayıdış Planı” çərçivəsində həyata keçirilən proses Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilib.
Qeyd edək ki, indiyə qədər 50 mindən çox sakin öz yurdunda məskunlaşıb. İl sonuna qədər bu rəqəmin iki dəfə artacağı da proqnozlaşdırılır.
Bildirək ki, “Qaçqınkom” məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi zamanı əsasən bir şirkətin xidmətindən istifadə edir. Belə ki, söhbət “166 GLOBAL LOGİSTİCS” MMC-dən gedir.
Açıq mənbələr üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, son bir ildə (bu rəsmi şəkildə yayılmış məlumatlara aiddir) “Qaçqınkom” üç tenderini “166 Global Logistics” şirkətinə verib. Həmin tenderlərdən biri məcburi köçkünlərin daşınması ilə bağlı olub. Bu zaman komitə şirkətə 1 milyon 348 min 704 manat ödəniş edib.
Digər tender isə Laçın şəhərinə 40, Qubadlı rayonunun Zilanlı kəndinə 193, Qubadlı rayonunun Mahruzlu kəndinə 190, Ağdərə rayonunun Həsənriz kəndinə 98, Tərtər rayonunun Umudlu kəndinə 116 və Xocavənd rayonuna daha bir neçə nəfərin daşınmasından ibarət olub. Bu müqavilənin dəyəri isə 638 min 875 manat təşkil edib.
Ötən ilin yayında baş tutan digər tender isə Ağdamın Xıdırlı kəndinə 719 və Ağdam şəhərinə 1268 məcburi köçkün ailələrinin köçürülməsindən ibarət olub. Bu zaman isə tərəflər 1 milyon 630 min 223 manata razılaşıblar.
Maraqlıdır ki, ölkədə çoxlu saydda yükdaşıma şirkətləri olduğu halda, məhz bir şirkətin xidmətindən istifadə qeyri-ixtiyari şübhələrə yol açır. Tribuna.az-a daxil olan məlumatlara görə, “166 Global Logistics” şirkətinin davamlı tenderləri udmasının səbəbkarı “Qaçqınkom” sədrinin birinci müavini Fuad Hüseynovun rolu var. Belə ki, onun şirkətlə anlaşma əldə etdiyi iddia olunur.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026