Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-09-2022, 10:20)
Suraxanıda imtahanlarda yüksək nəticə göstərən məzunlarla görüş keçirildi - Fotolar

Sentyabrın 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı Rayon Heydər Əliyev parkında 2022/2023-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.
“Mediatv.az” xəbər verir ki, görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun məktəb direktorları, qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
İlk öncə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Suraxanı Rayon Heydər Əliyev Parkında məzunlarla keçirilən görüşdə çıxış edən RİH başçısı Əziz Əzizov tədbiri giriş sözü ilə açıb və Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçərək şəhid olmuş vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əziz Əzizov bildirib ki, hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir: “2021/2022-ci tədris ilində Suraxanı rayonu üzrə tam orta məktəbi bitirmiş 2432 məzundan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etmiş 1318 nəfəri ali təhsil müəssisələrinə qəbul olunublar. Onlardan 57 nəfəri 600-dən yuxarı bal toplayaraq müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququnu qazanıblar”.
Digər qonaqların çıxışlarından və təbriklərindən sonra məzunlar təhsildə əldə etdikləri nailiyyətlərə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunub, hədiyyələrlə mükafatlandırılıb. шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024