Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 21:00)
Məcburi köçkün ailəsi 26 ildir ağır şəraitdə: köçürülmə niyə gecikir?

 
Kəlbəcər rayonu üzrə məcburi köçkün, hazırda Goranboy rayonunun Xanqərvənd kəndində məskunlaşmış Şəmilov Azad Teyyub oğlu redaksiyamıza müraciət edib.
Müraciətdə bildirilir ki, artıq 26 ildir ailəsi ilə birlikdə vaqonda, son dərəcə ağır və insan ləyaqətinə uyğun olmayan şəraitdə yaşamağa məcburdur. Ailənin tərkibində iki azyaşlı övlad var və mövcud yaşayış şəraiti xüsusilə qış aylarında dözülməz həddə çatır. Soyuq hava, istilik sisteminin olmaması və sanitar şəraitin bərbad vəziyyətdə olması ailənin normal yaşamını mümkünsüz edir.

 
Azad Şəmilov Mediatv.az-a bildirib ki, bir müddət qayınanası ilə birlikdə yaşayıblar. Həmin ailəyə Ağdərə rayonu Həsənriz kəndindən ev verilsə də, onun ailəsi kənarda qalıb. Rəsmi şəxslər tərəfindən 2025-ci ilin dekabr ayında köçürüləcəkləri ilə bağlı vəd verilsə də, bu günə qədər həmin vəd yerinə yetirilməyib. Hazırda azyaşlı övladları ilə birlikdə acınacaqlı və təhlükəli şəraitdə yaşadıqlarını bildirən müraciət müəllifi qeyd edir ki, bu durum uşaqların sağlamlığına ciddi risk yaradır və ailənin sosial rifahını tamamilə məhv edir.
Şəmilov Azad vurğulayır ki, ölkə başçısı cənab Prezident məcburi köçkünlərə hər zaman xüsusi diqqət və qayğı göstərib. Məhz buna görə də aidiyyəti dövlət qurumlarına, xüsusilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edərək, ailəsinin tez bir zamanda Ağdərə rayonu Həsənriz kəndinə köçürülməsinə real köməklik göstərilməsini xahiş edir.
Müraciətin sonunda ümid ifadə olunur ki, bu səs eşidiləcək və uzun illərdir davam edən bu  ağır həyat şəraiti nəhayət aradan qaldırılacaq.
 Mediatv.az 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026