Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 11:29)
BİABIRÇILIQ! İcra başçısının müavinin əri sərxoş halda xalqın inancını təhqir etdi - VİDEO


Bəzən bir neçə dəqiqəlik sosial şəbəkə “canlısı” illərlə qurulan imici yerlə-yeksan etməyə kifayət edir. Son günlər sosial şəbəkələrdə müzakirə olunan iddialar da məhz bu qəbildəndir. Məsələ təkcə TikTok-da açılan canlı yayım deyil. Məsələ dövlət vəzifəsi, ictimai məsuliyyət və dini dəyərlərə münasibətin harada başlayıb harada bitməsidir.

Söhbət Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləyən, eyni zamanda icra başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazovanın həyat yoldaşı olan Habil Eyvazovun sosial şəbəkədə içkili halda canlı yayım açaraq dinə, peyğəmbərlərə, namaza və dəstəmaza istehzalı münasibət göstərməsindən gedir. Hansı ki, bu görüntülər təkcə dindarları yox, ümumilikdə cəmiyyətdə sağlam düşünən hər kəsi narahat etməyə kifayətdir.

Bu şəxs həm dövlət idarəsində sürücü işləyir, həm də həmin idarənin rəhbər müavininin həyat yoldaşıdır. Bura qədər hər şey "ailə podratı" kimi görünsə də, əsas rəzalət sosial şəbəkədə yaşanır. Bu şəxs götürüb xalqın inancını, dini dəyərlərini açıq şəkildə təhqir edir.

Burada əsas sual budur: Bu, doğrudanmı “şəxsi məsələdir”? Kağız üzərində bəli. Amma reallıqda yox...
 
Çünki söhbət sıradan bir vətəndaşdan getmir. Söhbət dövlət strukturu ilə birbaşa bağlılığı olan, üstəlik həyat yoldaşı rayonda dini sahəyə nəzarət edən məmur olan şəxsdən gedir. Belə olan halda “ailə ayrıdır, vəzifə ayrı” arqumenti cəmiyyət üçün əhəmiyyətini itirir.

Dini sahə oyuncaq deyil. Bu sahə Azərbaycanda həmişə həssas olub və dövlət də bunu yaxşı bilir. Elə buna görə də dini məsələlər hər rayonda təsadüfi adamlara tapşırılmır. Dini sahəni kurasiya edən məmurun ailəsində din bu qədər məsxərəyə qoyula bilirsə, bu şəxslərin özü tapşırıqları yerinə yetirməkdə nə qədər səmimidir?

Bir də “alkoqol təsiri” məsələsi var. Əgər doğrudursa, bu, vəziyyəti yüngülləşdirmir, əksinə ağırlaşdırır. Çünki insan içkili halda da kim olduğunu, harada işlədiyini və kimlə ailə qurduğunu unutmamalıdır. Dövlətlə əlaqən varsa, məsuliyyət 24 saat olmalıdır.

Vəzifə sadəcə kreslo deyil. Vəzifə davranış, nümunə, məsuliyyətdir. Çünki dövlət yalnız binadan və möhürdən ibarət deyil. Dövlət onu təmsil edən insanların davranışıdır.

Məsələnin ən ağrılı tərəfi odur ki, bu insan dövlət büdcəsindən, yəni bizim ödədiyimiz vergilərdən maaş alır. Səhər dövlətin maşınını sürüb, axşam həmin dövlətin vətəndaşının müqəddəs saydığı dəyərlərə söyüş söymək hansı əxlaqa sığır?

Görünür, bəziləri elə bilir ki, əri və ya arvadı vəzifədədirsə, onlara "yaşıl işıq"dır, istədikləri adamı aşağılaya, istədikləri dəyəri tapdalaya bilərlər.

Buna sadəcə "şəxsi rəy" deyib keçmək olmaz. Sən kiməsə inanmaya bilərsən, ateist ola bilərsən, bu sənin şəxsi işindir. Amma milyonlarla insanın inancını təhqir etmək azadlıq deyil.

Dövlətin adından istifadə edib xalqa yuxarıdan aşağı baxanlar, mənəviyyatımıza dil uzadanlar bilməlidir ki, o oturduqları maşın da, o vəzifə də müvəqqətidir. Xalqın nifrətini qazanmaq isə ömürlük damğadır. Ümid edirik ki, aidiyyatı qurumlar bu "toxunulmaz" şəxsin və onun himayədarlarının barəsində lazımi ölçü götürəcəklər.

Vəzifə və səlahiyyət insana cəmiyyətin mənəvi sütunlarını sarsıtmaq yox, onları qorumaq üçün verilir. Bir dövlət qurumunda həm ailə bağları, həm də iş münasibətləri ilə təmsil olunmaq imtiyaz deyil, nümunəvi davranış nümayiş etdirmək öhdəliyidir. Dövlətə xidmət edən hər kəs unutmamalıdır ki, xalqın dəyərlərinə hörmət elə dövlətin özünə hörmətdir./demokrat.az
 

DİQQƏT:  https://studio.youtube.com/video/G1s4dRJHUX8/edit

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
17 01 2026