Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 13:59)
“Partiya rəhbərliyi məhz 20 yanvar günü məni ləkələməklə demək istəyir ki...”

 
“Qardaşım haqqında yayılan məlumatlarda diqqət mərkəzinə mən gətirilirəm. Bu da məhz 20 yanvar faciəsinin 36-cı ildönümündə edilib. Təsadüfi deyil...”
Bunu Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının keçmiş rəhbəri, partiyanın Baş Məclisinin sədri Tahir Kərimli bildirib.
T.Kərimli və partiya rəhbərliyi arasında soyuq münasibətlər var. O, bu məsələdən danışarkən deyib: “Baxın, iki gün öncə, Vəhdət Partiyasının qərargahında 20 yanvar faciəsinə həsr olunan tədbir keçirilib, amma partiyanın qurucularından biri kimi məni dəvət etməyiblər. Amma başqaları 20 yanvarla bağlı tədbirlərə dəvət ediblər, müsahibələr vermişəm... Bu da əsasən məhkəmə hakimi kimi 1990-cı il 20 Yanvar qətliamına görə keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova ölüm hökmü çıxarmağımla bağlıdır. Qənaətim budur ki, məni gözdən salmağa hesablanmış məlumatlar partiya daxilindən ötürülür, yəni yeni kadrların işidir. Bu məlumatlar Vəhdət Partiyasının rəhbərliyinin fikrini ifadə edir! Mən nə üçün gözdən salınmalıyam, ləkələnməliyəm? Özü də məhz yanvarın 20-də... Qorbaçova ölüm hökmü çıxardığım vaxt... Bu, yanvarın 20-də deyil, 5 gün tez, 5 gec də ola bilərdi. Belə adamlar indiki iqtidarın kölgəsinə də xoş söz deyirlər. Yeni rəhbərliyin fəaliyyəti dövründə, yəni 6-7 ay ərzində partiyada sosial problemlərlə bağlı ştrix də olmayıb. Kölgəsinə yarınmaq istədikləri iqtidarın ən böyük nümayəndəsi rəhmətlik Heydər Əliyev idi. Böyük dövlət adamı mənimlə görüşəndə bildirdi ki, Qorbaçov barəsində çıxarılan ölüm hökmünü yüksək qiymətləndirir. İndi bu adamlar məni qiymətləndirməməkdə özlərini Heydər Əliyevdən də üstün tuturlar? Bəlkə demək istəyirlər ki, ölüm hökmünü çıxarmaqla səhv addım atmısan? Bu vəziyyət məni düşündürür. Hesab edirəm ki, baş verənlər təsadüf deyil, doğrunu ifadə edir. Təəssüf edirəm... Başa düşməlidirlər ki, ilahi ədalət var və bumeranq effekti verir. Partiyada yüksək vəzifəyə təyin etdiklərim böhtan atır ki, qardaşım 20-dən artıq şəxsdən vəzifəyə düzəltmək adı ilə pul alıb. Qardaşım 1993-cü ildən işsiz idi, belə bir imkanı olsaydı, özünə iş düzəldərdi. Bu qədər də namərdlik olmaz! Kişisiniz, məni gözdən salmaq üçün başqa üsul tapmadınız? Partiyaya gələndən işləri yalnız məndə nöqsan axtarmaqdır. Vəhdət Partiyasının bir dəfə də olsun, rəsmi iclası keçirilməyib, ştat cədvəli müəyyən olunmayıb, ağıllarına gələnləri vəzifələrə təyin ediblər. Başım çıxmır, bu adamlara nə pislik etmişəm belə?”
Xatırlatma: 2025-ci ilin iyunun 14-də Vəhdət Partiyasının növbədənkənar VI Qurultayında Adəm İsmayıl alternativsiz sədr seçilib. 27 ildir, partiyaya rəhbərlik edən T.Kərimli isə Baş Məclisin sədri seçilib. Rəhbər dəyişikliyindən sonra Vəhdət Partiyasının fəaliyyətində geriləmə müşahidə olunur, demək olar, qalmaqallarla gündəmə gəlir, yeni gətirilən kadrların davranışları narazılıq doğurur. Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub, 30 illik partiyanın yeni rəhbərliyinin addımı gülüş doğurub.
Qeyd: Adəm İsmayıl oğlu Bakuvi nizamnamə kapitalı 100 AZN “Green Park Azərbaycan” MMC və Nizamnamə kapitalı 50 AZN olan “A-3 Sənaye Tikinti İnvestisiya Karparasiyası” MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkətin fəaliyyəti hazırda “passivdir”. A.İsmayılla bağlı mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, o, daha çox tikinti sahəsində fəaliyyət göstərib, binalar inşa edib, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun kadrı kimi təqdim edilən “Akula Akif” ləqəbli Akif Mustafayevlə əlaqələri olub. Tikinti sahəsində irəli getməsinə R.Mehdiyevin dəstək verdiyi vurğulanır. Bu məlumatlar A.İsmayıl tərəfindən təkzib olunmayıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026