Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 17:49)
FHN-ə 108 ədəd voleybol topu satan şirkət kimindir? - TƏFƏRRÜAT

 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının tərkibində olan S.Ə. Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tender müsabiqəsinin qalibi “Qafqaznet” MMC (VÖEN – 1304331081) olub.
Tenderin qalibi olan şirkət institutun voleybol klubu üçün müxtəlif növ avadanlıqlar və mal-materiallar satacaq və qarşılığında 106 min 276 manat 91 qəpik alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Qafqaznet” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllədə — “Çinar Park” biznes mərkəzinin 4-cü mərtəbəsində, 415-ci otaqda yerləşən MMC-nin qanuni təmsilçisi Əfəndiyev Ramiq Natiq oğludur.
Onu da bildirək ki, “Qafqaznet” MMC-nin saytında bu şirkətin informasiya texnologiyaları (İT) sahəsində fəaliyyət göstərdiyi qeyd olunub. Amma maraqlıdır ki, MMC institutun voleybol klubuna İT avadanlıqları ilə birgə 108 ədəd voleybol topu və 4 ədəd top daşıyıcı səbət də satacaq.
Məlumat üçün bildirək ki, açıqlanan son məlumatlara görə, “Qafqaznet” MMC-nin yeganə təsisçisi Hacıyev Toğrul Ülvi oğludur. Toğrul Hacıyev ölkənin aparıcı holdinqlərindən olan “Gilan” holdinqə bağlı çoxsaylı şirkətlərə də rəhbərlik edir. Bundan başqa, Toğrul Hacıyev “AFB Bank”ın səhmdarlarından biridir və bu bankın da əvvəlki sahibi “Gilan” holdinq olub.
Açıq mənbələrdəki məlumatlar isə göstərir ki, “Gilan” holdinqə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar rəhbərlik edib. Diqqət çəkən məqamlardan biri də odur ki, tenderin qalibi olan “Qafqaznet” MMC əsasən FHN-in keçirdiyi satınalmalarda qalib olur. Məsələn, “Qafqaznet” MMC-nin son 3 ildə qalib olduğu 34 tender müsabiqəsindən 30-u FHN tərəfindən keçirilən satınalmalar olub.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026