Karusel (Bu gün, 19:12)
“Referans” klinikasında pasiyentlərə belə xidmət göstərilir? -Şikayət/FOTOLAR
Müalicə və müayinə üçün “Referans VİP” klinikasının “28 May” filialına yaxınlaşan pasiyent klinikanın həkim heyətinin pasiyentlərə qarşı mümasibətindən dəhşətə gəlib.
Bu barədə şikayətçi Aylin Elçin sosial şəbəkə hesabında yazıb. Bildirib ki, klinika heyəti xəstələri nəzərə almadan klinikada yüksək səslə musiqiyə qulaq asır, mahnı oxuyurlar:
“16 yanvar tarixində, təxminən saat 16:00 radələrində” Referans VİP” klinikasına qəbul üçün yaxınlaşdıq.
Burada personalın özünü aparması, daha doğrusu, apara bilməməsi bizi olduqca təəccübləndirdi.
Qəbul şöbəsində yerləşən otaqdan yüksək səslə danışmaq, gülmək kimi səslər gəlirdi, sakitliyə riayət olunmurdu.
İlkin olaraq buna çox da əhəmiyyət vermədim, lakin bir müddət sonra əməkdaşlardan birinin İbrahim Tatlısəsin “Aramam Soramam” mahnısını qoşub yüksək səslə (hətta deyərdim ki, qışqıraraq) oxumağa başlamasına əhəmiyyət verməmək mümkün deyildi.
Bir anlıq harada olduğumu unutdum: karaoke, yoxsa restoran? Ən çox məni təəccübləndirən isə personalın bu qədər rahat olmağı idi.
Personalın iş yerini karaoke məkanı ilə səhv salması aydın şəkildə bəlli idi, eyni zamanda işçilərə nəzarətin olmaması da hiss olunurdu.
Tibbi müəssisədə bu cür davranış yolverilməzdir və klinikanın etik qaydalarına, eləcə də pasiyentlərə qarşı hörmətsizlikdir. Şəxsən mən kiminsə ucadan oxuduğu mahnını dinləmək məcburiyyətində qalmağı xoş hesab etmirəm.
Ümid edirəm ki, rəhbərlik personalına elementar etik davranış qaydalarını izah edər”.
Narahatlıq yaradan məsələ ilə bağlı sözügedən klinika ilə əlaqə saxlamağa çalışdıq. Lakin dəfələrlə zəng etməyimizə baxmayaraq, bizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edə ki, “Refernas” klinikası “Referans Medical Group”a daxildir.
“Referans Medical Group”un Müşahidə Şurasının rəhbəri Hansıyar Babayev, direktoru Elgiz Dadaşovdur.(tribuna.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026


























