Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 18:57)
Sinif otağından həbsə - 21 yaşına kimi orada qalacaq...

 Masallı rayonunun Boradigah qəsəbəsində 8-ci sinif şagirdi özündən iki sinif yuxarı oxuyan tanışını xüsusi amansızlıqla öldürməyə cəhd edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə bir neçə ay əvvəl Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin həyətində baş verən hadisə ilə bağlı açılmış cinayət işi üzrə hökm çıxarıb.
İstintaq materiallarında yazılıb ki, İnqilab Məmmədov adına 2 saylı tam orta məktəbdə təhsil alan Fuad Babayevlə (Yeniyetmələrin ad-soyadları şərtidir) eyni qəsəbədə yerləşən 1 saylı məktəbin 10-cu sinfində oxuyan Loğman Səmədli arasında mübahisə yaranıb. Fuad dostundan eşidib ki, Loğman onun qohumu olan qızdan xoşlanır və dərsdən sonra onun arxasıyca düşür.
F.Babayev məsələni aydınlaşdırmaq üçün Loğmanla söhbət edərək ondan bu davranışları dayandırmağı tələb edib. Eyni məsələ ilə bağlı sonrakı görüşlərin birində isə tərəflər bir-birilərinə qarşı söyüşlər işlədiblər. Söhbətin artıq böyüdüyünü düşünən Fuadla Loğman aralarındakı məsələni birdəfəlik yekunlaşdırmaq üçün sonuncunun təhsil aldığı məktəbin həyətindəki futbol meydançasında əlbəyaxa dava ediblər. Bu vaxt Fuad cibində gətirdiyi mətbəx bıçağı ilə Loğmana bir neçə dəfə zərbə vurub.

Prokurorluq cinayətin xüsusi amansızlıqla törədildiyi qənaətinə gələrkən zərərçəkmişin yaralı vəziyyətdə onu öldürməməsi üçün aman diləməsini də əsas gətirib. Səs-küyə gələn məktəb direktorunun və digərlərinin müdaxiləsi nəticəsində faciəvi ölümün reallaşmasının qarşısı alınıb. Cinayət törədən şagird isə qorxub hadisə yerindən qaçsa da, polis əməkdaşları qısa müddətdə onu tutub istintaqa təhvil veriblər.

Sinif otağından məhkəmə zalına keçid edən məktəbli təqsirini etiraf edib, amma əməlinin xüsusi amansızlıq kimi qeydə alınması ilə razılaşmayıb. Müdafiə tərəfi ittihamın sanksiya həddi daha yüngül olan qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edib.
Zərərçəkmiş şəxsin sözlərinə görə, Fuadın onu bıçaqlamasına səbəb söyüşlərdən sonra aralarında yaranmış anlaşılmazlıq olub. Amma bıçaqla vurmaqda məqsədinin onu öldürmək olub-olmadığını bilmir. O, əlavə olaraq təqsirləndirilən şəxs və ailəsi ilə barışdıqlarını, hazırda heç bir şikayət və tələblərinin olmadığını bəyan edib.
Fotoda: Direktor Emil Vahabov

Hakimlər məktəbin direktoru Emil Vahabovu və hadisə şahidi olan digər şagirdləri də məhkəmə zalında bir-bir dindiriblər. Direktor ifadəsində şagirdini vuran oğlanı tanımadığını, niyə belə etdiyini soruşduqda isə qaçıb getdiyini deyib.
Məhkəmə kollegiyası yekunda hadisənin sadə bir dava deyil, xüsusi amansızlıqla törədilən cinayət olduğunu təsdiq edib.
Qanuna görə, yetkinlik yaşına çatmayan şəxslərə ən ağır şəkildə cinayət törətsə belə, 10 ildən artıq cəza təyin edilə bilməz. Bu tələb nəzərə alınmaqla, təqsirli bilinən məktəbliyə 5 il 8 ay 15 gün azadlıqdan məhrum edilib. Bununla da Fuad 21 yaşına kimi həyata dəmir baraqlıqlar arasından baxacaq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026