Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 09:25)
Bazarda yeni böhran – “Monqol əti”nə görə vəziyyət dəyişdi, qiymətlər…

 Son dövrlərdə kənd təsərrüfatı sektorunda ziddiyyətli və narahatedici mənzərə formalaşıb. Monqolustandan gətirilən quzu ətləri “TIR”larla ölkənin rayon və kəndlərinə daşınır, lakin yerli təsərrüfatçıların bəslədiyi quzu və qoyunlar üçün bazarda alıcı tapılmır. Rayon və kəndlərdə əksər heyvan bazarlarının bağlanması, üstəlik idxal olunan ətin ucuz qiymətə gətirilməsinə baxmayaraq yerli ətlə eyni, bəzən daha baha qiymətə təklif edilməsi vəziyyəti mürəkkəbləşdirir.
Yerli mal niyə tövlədə qalır, monqol əti isə bazarda üstünlük təşkil edir? Qiymətlər niyə enmir?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Monqolustanda əhali sayı az, mal-qara isə çoxdur.
Onun sözlərinə görə, bu ölkədə qoyunçuluq sektoru yüksək səviyyədə inkişaf edib:
“Əgər bu gün ət Monqolustandan gətirilirsə, deməli, iqtisadi baxımdan daha sərfəlidir. Çünki Monqolustan ucuz ölkədir və orada ət qiymətləri aşağıdır. Sadəcə bu ət bizim ağız dadımıza tam uyğun olmadığı, eləcə də istehlakçılar ona hələ də şübhə ilə yanaşdığı üçün yerli qoyun-quzu əti daha populyardır. Məhz buna görə də yerli ətin qiyməti enmir. Digər səbəblərdən biri də yerli mal-qaranın sayının kəskin azalmasıdır. Son 5 ildə ölkədə qoyun və keçi sayı təxminən 2 milyona yaxın azalıb. Təklif azalanda qiymətin artması normaldır. Üstəlik, insanların yerli ətin daha dadlı və keyfiyyətli olması ilə bağlı formalaşmış düşüncəsi də qiymətlərin enməsinə imkan vermir”.
“Refresh Group” MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov qeyd edib ki, bir müddət öncə kəsim məntəqələrində aparılan monitorinqlər və heyvan bazarlarının bağlanması bazarda müəyyən məhdudiyyətlər yaradıb:
“Hazırda bazar əsasən xaricdən, xüsusilə də Monqolustandan gətirilən dondurulmuş ət məhsulları ilə təmin olunur. Ətlər ölkəyə daxil olarkən qida təhlükəsizliyi baxımından laborator müayinələrdən keçirilir və yalnız sağlamlıq aktı aldıqdan sonra satışa buraxılır. Yol xərcləri, gömrük rüsumları və digər xərclər məhsulun son qiymətinə təsir göstərir”.
Ekspert istehlakçılara da tövsiyələr verib:
“İstehlakçılar aldıqları ət məhsullarının mənşə sənədlərini, baytarlıq şəhadətnaməsini və idxal sağlamlıq sənədini tələb etməlidirlər. Donmuş ət məhsulları -18 dərəcə temperaturda saxlanılan donduruculardan alınmalıdır. Əgər həmin gün istifadə olunmayacaqsa, dərhal dondurucuya yerləşdirilməlidir. Məhsulların yaşayış yerlərinə yaxın nöqtələrdən alınması da daşınma zamanı keyfiyyətin itirilməsinin qarşısını alar. Ümumiyyətlə, ət məhsullarının qiyməti onun keyfiyyəti və təhlükəsizliyi ilə birbaşa əlaqəli deyil, bu, daha çox qida əlçatanlığı məsələsidir. Bölgələrə daşınan ət məhsullarında yol xərcləri də qiymət artımına səbəb olur”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026