Aktual (Bu gün, 20:37)
Turizm Agentliyi bir ildə 10 manatlıq şirkətə 3 milyonluq tender verib
Dövlət turizm Agentliyi (DTA) növbəti tenderinə yekun vurub.Tribuna.az xəbər verir ki, Agentlik Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri üçün destinasiya təqdimatının keçirilməsi xidmətlərini satın aacaq.
Tenderin qalibi “VEGA TRAVEL MANAGEMENT” MMC olub. Şirkətlə bu məqsədlə 19 min 470 manatlıq müqavilə bağlanılıb.
Qeyd eddək ki, son bir ildə “VEGA TRAVEL MANAGEMENT” MMC DTA-nın 8 tenderinin qalibi olub. Həmin tederlərdən ən bahalısı Çin, Hindistan və Yaponiyada təbliğat xidmətlərinin satın alınması olub ki, buna görə DTA şirkətə 1 milyon 435 min manat ödəniş edib.
Bildirək ki, sözügedən 8 tender üzrə ümumilikdə Turzim Agentliyi “VEGA TRAVEL MANAGEMENT” MMC-yə müxtəlif ölkələrdə təbliğat işlərinin qurulması və tədbirlərin keçirilməsinə 2 milyon 541 min 102 manat pul verib. Yəni, bu tenderlərin toplam dəyəri qeyd olunan qədər olub.
Vurğulayaq ki, bu 8 tender rəsmi tender saytında qeydə alınanlardır. Lakin saytdan kənarda da bəzi məlumatlar var. Məsələn, Dövlət Turizm Agentliyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasını “VEGA TRAVEL MANAGEMENT” MMC-yə həvalə edib. Bu işlərin müqabilində isə 847 min 319 manat pul ödəyib.
Yekundda bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Vega Travel Management” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla ev 19, mənzil 19-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Rəhimli Əmrah Natiq oğludur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
20 01 2026



























