Təhsil (Bu gün, 20:55)
SOVET TƏHSİL ELİTASI VƏ CAVABSIZ QALAN SUALLAR
Bu reallıq fonunda bəzi bioqrafik faktlar istər-istəməz sual doğurur.
AzFakt.com xəbər verir ki,1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş,hal-hazırda Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru,professor Ədalət Muradov Azərbaycanda imtahan verib ali məktəbə daxil ola bilmir. Orta məktəbi bitirdikdən 6 il sonra 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur və 1990-cı ildə həmin fakültəni bitirir.
Taras Şevçenko adına Kiyev Dövlət Universiteti.
Sual isə açıq qalır,əgər həmin dövrdə bu məktəblərin məzunları, orta məktəbi bitirən kimi ali məktəblərə qəbul olunurdusa, niyə bu istisna baş verdi?
Sovet reallıqları yaxşı xatırlanır ki, o dövrdə Bakıda ali məktəblərə qəbul ola bilməyən, zəif oxuyan və ya imtahanlarda uğur qazana bilməyən abituriyentlər SSRİ-nin müxtəlif şəhərlərinə – Ukrayna, Rusiya, Belarus universitetlərinə üz tuturdular. Bu, yazılmamış, amma hamıya məlum olan bir praktika idi.Məhz bu kontekstdə kimya-biologiya təmayüllü 5 saylı məktəbin məzunu Ədalət Muradovun bioqrafiyasında ciddi və izaha ehtiyacı olan ziddiyyətlər üzə çıxır.Əgər hər şey bu qədər ideal idisə, bəs nə üçün elit məktəb məzunu orta məktəbi bitirdikdən sonra, 6 il ərzində ali məktəbə daxil ola bilməyib?
Ədalət Murdov 1993-cü ildə "Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri" ("Структурные преобразования экономики региона при переходе к рынку") mövzusunda namizədlik dissertasiyasını, 1995-ci ildə isə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə isə "Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası" ("Интеграция переходной экономики в систему мирового хозяйства") mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Akademik karyera ilə bağlı iddialı mövqelərdə olan şəxslərin keçmişi tənqid və suallar üçün açıq olmalıdır. Xüsusən də bu keçmiş, dövrün ümumi təhsil statistikası ilə ziddiyyət təşkil edirsə.Daha maraqlısı odur ki, bu uzun “susqunluq dövrü”ndən sonra birdən-birə Ukraynada universitetə qəbul, ardınca sürətli akademik yüksəliş təqdim olunur. Bu sual cavabsız qaldıqca, təqdim olunan akademik uğurlar da şübhə altına düşür. Çünki cəmiyyət təkcə diplomlara yox, o diplomlara gedən yolun dürüstlüyünə inanmaq istəyir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
20 01 2026



























