Sağlamlıq (11-08-2015, 21:30)
ATU-nun Tədris-Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv cərrahi əməliyyat həyata keçirilib
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə
Klinikasında Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd
Davudov tərəfindən çox mürəkkəb bir əməliyyat həyata keçirildi.
Məhəmməd Davudovun sözlərinə görə, qırtlaq-udlağın şişi deyərkən,
söhbət, udlağın aşağı hissəsinin xərçəngindən, bədxassəli şişindən
gedir: “Həmin nahiyyədə şiş aqressiv gedişə malik olur və boyun limfa
düyünlərinə metastaz verir. Əməliyyat zamanı qırtlaq-udlaq tam
götürülür, boyun limfa düyünləri tam şəkildə çıxarılır. Burada ikinci
çox mühüm məsələ götürdüyümüz toxumaların, yəni həmin qüsurun
rekonstruksiyasıdır, yəni bərpa olunmasıdır. Bu ona görə vacibdir ki,
xəstənin qidalanması bərpa oluna bilsin”.
Həkim M. Davudovun sözlərinə görə, bunün üçün bir çox üsullardan
istifadə olunur: “Dünya praktikasında da udlağın rekonstruksiyası üçün
bir çox flepplərdən istifadə olunur. Bunlardan biri də acı bağırsaqdan
götürülmüş fleppdir. Xəstələr məhz belə rekonstruksiyadan sonra normal
həyata daha rahat adaptasiya olunurlar”.
Məhəmməd Davudov bildirdi ki, bu əməliyyat prosesi çox mürəkkəb bir
texnika olduğu üçün xaricdə olan həkimlərlə işbirliyi qurmaq qərarına
gəldik: “Beləliklə də, təcrübə mübadiləsi aparmış oluruq. Tehran Tibb
Elmləri Universitetinin estetik-plastik-rekonstruktiv cərrahı, dosent,
doktor Həmid Rza Fəthini bu əməliyyat üçün klinikamıza dəvət etdim.
Onunla birgə bu əməllyyatın icrasını uğurla həyata keçirdik”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024