Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 13:31)
Bahalı plaşı BAŞINA BƏLA OLDU... - İDDİA

 
Neftçalada keçirilən I Balıq Festivalında geyindiyi plaşı ilə hələ də gündəmdən düşməyən rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovun vəzifəsindən azad olunacağı barədə fikirlər var.
Pravda.az xəbər verir ki, icra başçısının geyindiyi plaşın 13 min avro dəyərində olması barədə məlumatlardan sonra verdiyi açıqlama ictimaiyyətdə daha çox səs-küyə səbəb olub.
Bəziləri Seyidovun plaşı 3 il əvvəl 350 almasına inanmayıblar, yumor kimi qəbul ediblər.
Əməkdar artist Tahir İmanov da icra başçısını parodiya edib.
T.İmanov sosial şəbəkə hesabında paylaşdığı videoda deyir: “Bu plaşı 17 manata almışam. Siz onu görmürsünüz, çünki gözəgörünməzdir. Çindən gətiriblər. "Brend" sözünü, ümumiyyətlə, birinci dəfədir, eşidirəm. Amma söz verirəm ki, mənasını gələn dəfə öyrənəcəyəm. Bu ayaqqabını da mənə pulsuz veriblər, məktəbdə uşaqlar əmək dərsində hazırlayıblar. Qolumdakı orijinal "Rolex"i də pulsuz əldə etmişəm - dominoda udmuşam. Barmağımda brilyant üzüyüm var idi, onu da nərddə uduzmuşam. 7 manata da maşın almışam. Sağ olsun, oyuncaq mağazasının müdiri mənə endirim etdi. Hamıya 10 manata deyirdi, mənə isə 7 manata verdi. Belə...”
Bundan başqa, Neftçalaya təyinatı ərəfəsində Prezident İlham Əliyevin qəbulunda birinci stulda əyləşmək isətəyən Mirhəsən Seyidova irad tutaraq: "Sən yaşça kiçiksən, sən orada otur" deməsi, o cümlədən 2023-cü ildə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olarkən Mirhəsən Seyidovun balıqların adını bilməməsi gündəmə gətirilib.
Xatırlatmaq yerinə düşər ki, Nərə Damazlıq Təsərrüfatında Mirhəsən Seyidov Prezident İlham Əliyevə adi çəki balığını "nərə cinsindən cökəm balığı" kimi təqdim etmişdi. Prezident İlham Əliyev isə "Bu deyəsən, nərə cinslidən deyil" cavabını vermişdi. Elə eyni vaxtda başqa bir balığa "nərə cinsi balıqların alfinos növü" deyən icra başçısının səhvini yenə də Prezident İlham Əliyev gülərək "albinos" deyib düzəltmişdi.
"Balıq zonası" kimi tanınan Neftçalanın balıqların adını bilməyən icra başçısı, görünür, maarifləndiyi üçün, nəhayət, 6 il sonra festival keçirə bildi. Amma təəssüf ki, yenə də tənqid hədəfi olmaqdan yayına bilmədi.
Tənqid edilən icra başçısının vəzifədən yaxın zamanda gedəcəyi də istisna edilməyib.
Qeyd: 36 yaşlı Mirhəsən Seyidov 2020-ci ilin martın 5-də Neftçalaya icra başçısı təyin edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025
15 12 2025