Sağlamlıq (22-05-2015, 11:26)
ATU-nin Tədris Cərrahiyyə Klinikası yeni bir uğura imza atdı
Ağız dibi nahiyənin karsinoması ilə olan xəstədə (T4) şişin çənə sümüyü
seqmenti ilə birlikdə rezeksiyası, bilateral boyun diseksiyası və ağız
dibi nahiyədəki defektin incik sümüyü-əzələ-dəri sərbəst damar ayaqcıqlı
fleplə aradan qaldırılması əməliyyatı icra edildi.
Mediatv.az-a verilən məlumata görə, xəstədə iki briqada əməliyyat işləyib :
I briqada - Ağız və üz-çənə cərrahları ağız dibi nahiyənin şiş
toxumasını çənə sümüyü seqmenti ilə birlikdə rezeksiya etdilər. Xəstəyə
boyunun hər iki tərəfində "Elektiv limfa diseksiya" əməliyyatı icra
olundu.
II briqada- Rekonstruktiv cərrah sol aşağı ətrafda incik sümüyünün
sərbəst damar ayaqcığı ilə birlikdə, dəri-əzələ-sümük flepi şəklində
hazırladı, sərbəst damar ayaqcıqlı fibula flepi çənə deffektinə və ağız
dibi nahiyə defektinə uyğunlaşdırıldı və damarları üz arteriya və
venasına tikildi (anastomoz qoyuldu). Xəstənin çənə sümüyü və dilaltı
nahiyəsi bərpa olundu.
Cərrahi heyətimizə - Ağiz və üz-çənə cərrahiyyəsi şöbəsinınin müdiri TFD
Dr. Məhəmməd Davudova, Üz-çənə cərrahı Dr.Cahid Məmmədova, Plastik
Estetik Cərrah, Uzman həkim Araz Salmanova, cərrah-rezidentlərimiz
Dr.Farinaz İrannejada, DR.Kənan Əmirəliyevə, əməliyyat bloku işçilərinə
və anestezioloji-reanimasion briqadaya dərin təşəkkürlər , xəstəmizə isə
tezliklə şəfalar diləyirik.!