Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (17-06-2015, 10:34)
ATU-nun Tədris Cərrahiyyə Klinikasında qanvermə aksiyası keçirilib

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında qanvermə aksiyası keçirilib

 

ATU TCK-da 14 iyun Ümumdünya Qan Donorları Günü münasibəti ilə yeni 
qanvermə aksiyası keçirildi.

Mediatv.az xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında könüllü donorlar qan veriblər
14 iyun - Ümumdünya Qan Donoru Günü ilə əlaqədar Azərbaycan Tibb 
Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında qanvermə aksiyası 
keçirilib. Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan 
aksiyanın məqsədi donor qanına ehtiyacı olan insanlara yardım etməkdir.
Azərbaycan Tibb Universiterinin məhkəmə təbabəti kafedrasının 
assistenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tibb Universiteti 
komitəsinin sədri Şahrud Əhmədovun sözlərinə görə, aksiyada iştirak edən 
könüllü donorlar müxtəlif qan xəstəliklərdən əziyyət çəkən insanlara öz 
qanlarını veriblər: “Bu kimi tədbirləri silsilə şəklində keçiririk. Bu, 
bizim artıq ikinci aksiyamızdı və davamı olacaq”.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Qan Bankının müdiri Sevda 
Quliyeva bildirdi ki, aksiyada iştirak üçün müraciət edən könüllü 
donorlar ilk növbədə müayinə olunurlar: “Onların hər birinin analizləri 
toplanılır. Əgər səhhətlərində hər hansı bir problem yoxdursa, onlardan 
qan götürülür”.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” 
proqramının rəhbəri Mətanət Qaraxanova belə bir tədbirin keçirilməsinə 
razılıq verdiyi üçün ATU rəhbərliyinə təşəkkür etdi. Onun sözlərinə 
görə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkəmizdə dövlətə yardımçı rolu 
oynayan qeyri-hökumət təşkilatıdır: “Biz bir çox təhsil ocaqlarında, 
təşkilatlarda, ümumiyyətlə, Azərbaycanı əhatə edən rayon bölmələrimizdə 
və regional mərkəzlərimizdə belə aksiyalar keçiririk. “İcmayə əsaslanan 
sağlamlıq” proqramına qan donorlarının cəlb olunması da bu aksiyaya 
daxildir”.
M. Qaraxanovanın sözlərinə görə, hər il 14 iyun - Ümudünya Qan Donoru 
Günündə təşkil etdikləri qanvermə aksiyaları müxtəlif mövzuları əhatə 
edir. Bu gün keçirilən aksiyanın mövzusu “Mənim həyatımı xilas etdiyinə 
görə sənə minnətdaram”dır.

ATU-nun Tədris Cərrahiyyə Klinikasında qanvermə aksiyası keçirilib
ATU-nun Tədris Cərrahiyyə Klinikasında qanvermə aksiyası keçirilib
ATU-nun Tədris Cərrahiyyə Klinikasında qanvermə aksiyası keçirilib

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024