Sağlamlıq (17-06-2015, 13:23)
Eşidə bilməyən uşaqlarla bağlı xoş xəbər
Azərbaycan Tibb Universiteti tarixində ilk dəfə “Koxlear implantasiya ”
əməliyyatı icra olunub
Mediatv.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Daxili qulağın protezləşməsi” əməliyyatlarının icrasına başlanılıb. Bu əməliyyatın köməyilə anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan
uşaqların eşitməsi bərpa olunur.
Dünən, 4 iyun 2015-ci il tarixində Tədris Cərrahiyyə Klinikasında 3
yaşlı Səadət və 4 yaşlı Ömərin üzərində aparılan əməliyyat uğurla
nəticələnib. Bu gün isə artıq 2 yaş 2 aylıq İbrahim əməliyyata alınıb.
Əməliyyatlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə
Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif
Hacıyevin rəhbərliyi və iştirakilə aparılır.
Yusif Hacıyevin sözlərinə görə, “Daxili qulağın
protezləşməsi”əməliyyatlarının anadangəlmə, tam eşitmə qabiliyyəti
olmayan uşaqların eşitmə qabiliyyətlərini bərpası məqsədilə aparılır:
“ATU-nun Tədris Cərrahiyyə Klinikası bu əməliyyatların həyata
keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz olunub .
Xəstələrin vəziyyəti həm əməliyyat öncəsi, həm əməliyyat icrası
baxımından dəyərləndirilir. Bununla əlaqədar klinikada yüksək ixtisaslı
həkimlərdən ibarət böyük bir komanda fəaliyyət göstərməkdədir. Bu
əməliyyatların uğurlu keçməsi tək bir cərrahın deyil, böyük komandamızın
yüksək səviyyəli işinin nəticəsidir”.
Y.Hacıyev bildirir ki, eşitməsində anadangəlmə problem olan, qətiyyən
eşitməyən uşaqlarla bağlı hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına
müraciət edə bilər. Lakin həkim belə problemi olan uşaqları mümkün qədər
tez həkimə müraciət etməyi məsləhət görür: “Çünki belə əməliyyatların 4
yaşa qədər icrası məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin
sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək
mümkündür”.