Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (17-01-2023, 12:58)
Naxçıvanda sahibkarlar BELƏ ƏZİLİB.

 



Naxçıvan şəhər sakini Novruzov Əli Əsgər oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, ona aid olan tikilini qanunsuz olaraq əlindən alıblar.

“Mən, Novruzov Əli Əsgər oğlu, yazaraq sizə bildirirəm ki, Naxçıvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 31 may 2004-cü il tarixli, 4Ə-324 nömrəli qeydiyyatı ilə satın aldığım Naxçıvan şəhəri Atatürk küçəsi 12 ünvandakı ümumi sahəsi 19.6 kv.m olan qeyri-yaşayış sahəsini hədə-qorxu ilə əlimdən alıblar. Hansı ki, həmin vaxtadək sözügedən obyekti bərbərxana kimi istifadə etmişəm.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 09 iyun 2004-cü ildə 161 nömrəli sərəncamla mənə “mülkiyyət hüququ haqqında” şəhadətnamə verilib. Həmçinin, 26.08.2004-cü ildə Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən Bərbərxana obyekti ( Kodu-0200023092-02001 VöEN -0200023092) kimi qeydiyyata alınıb.

Amma 2013-cü ildə mənə məxsus bərbərxananın sökülməsinə qərar verildi. Həmin vaxt Naxçıvan şəhər İcra Hakimiyyətinin məsul şəxsləri mənə bildirdilər ki, sökülən tikilinin yerində inşa ediləcək binanın birinci mərtəbəsində eyni ölçüdə sizə məxsus bərbərxana veriləcəkdir. Lakin bir müddət keçdikdən sonra mənə məxsus obyektin yerində “KOTON” geyim mağazası (həmin mağazanın bir hissəsi mənim bərbərxanamın sahəsinə düşür) açılmışdır. “KOTON” geyim mağazasının açılışı zamanı məni səhər Naxçıvan şəhər polis bölməsinə apardılar, şəkərli diabet xəstəsi olsam da, ac və susuz qoyaraq mənəvi işgəncə verib, axşam evimə buraxdılar.

11 mart 2014-cü il və 30 aprel 2014-cü il tarixdə Naxçıvan şəhər İcra Hakimyyətinə, 18 fevral 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə şikayət ərizəsi göndərsəm də, şikayətimə baxılmadı. Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov (keçmiş – red.) və müavini Sərdar Salahov dəfələrlə şikayətlərimə görə mənə hədə -qorxu gəlirdilər.

İnzibati-iqtisad Məhkəməsinə müraciətlərimdən (17 oktyabr 2016-ci il və 07 dekabr 2016-cı il) sonra məhkəmə prosesləri keçirilmiş. Mən Vüqar Səfərov tərəfindən təhdid edildiyimə görə, məhkəməyə təhdid-qorxu içində getmişəm. 10 yanvar 2017-ci ildə məhkəmə baş tutmuşdur. Lakin yenə də müraciət nəticəsiz qalıb.

Daha sonra Vüqar Səfərov tərəfindən guya dövlət ehtiyacı üçün sökülmüş (halbuki “Koton” magazsı tikilmiş) bərbərxananın yerində mənə 06 oktyabr 2017-ci il tarixli İcra Hakimiyyətinin sərəncamına uyğun zirzəmi qatında yararsız obyekt verilməsi bildirilmişdir. İstiqlal küçəsi bina 79-da yerləşən zirzəmi qatında bərbərxana kimi fəaliyyət göstərə bilməyəcək istifadəyə yararsız yer mənə zorla qol çəkdirilərək verildi.

Vüqar Səfərovun sərəncamda həmin ərazinin “dövlət ehtiyacı” üçün ayrıldığını qeyd etməsi Azərbaycan qanunvericiliyinə ziddir. Hal-hazırda müqayisə üçün bildirim ki, mənə verilən obyektin qiyməti 40 000 manat, məndən zorla alınan obyektin normal bazar qiyməti 130 000 min manata bərabərdir.

Həyat yoldaşım Qərbi Azərbaycandan didərgin salınmış II qrup əlildir. Mülkiyyətimdə olan bərbərxananın gəliri ilə həyat yoldaşımın müalicə xərclərini ödəyirdim. 5 il müddətində məndən alınan obyektin əvəzində, 1 qəpik də təzminat ödənilməmiş, əksinə dəfələrlə Vüqar Səfərov tərəfindən çağrılaraq ölümlə təhdid edilmişəm.

Hal-hazırda “Nəqşicahan Holdinq”in internet səhifəsində “Koton” mağazası ona məxsus olduğu bildirilir. Sizdən xahiş edirəm ki, mənə məxsus Atatürk 12-də yerləşən, bərbərxana kimi fəaliyyət göstərən obyektimin geri qaytarılmasına və 10 il yaxın müddət üçün təzminatın verilməsinə köməklik edəsiniz.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
//“Hürriyyət”//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024