Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-01-2022, 10:32)
“Qeyri-peşəkarlara meydan verib ümidləri puç edirlər” - ETİRAZ

“Qeyri-peşəkarlara meydan verib ümidləri puç edirlər”
Azərbaycanı xarici ölkələrin film sahəsində həm kaskadyor, həm də aktyor kimi təmsil edən Sain Fərhad Fərmanlı sonuncu dəfə bir Hindistan filmində rol alıb.  AYNA-ya müsahibəsində də hazırkı yaradıcılığı və gələcək planlarından danışıb.

- Pandemiya dövrünü necə keçirirsiniz?

- Son illər daha çox Ukraynanın paytaxtı Kiyevde yaşamağa üstünlük verirəm. Pandemiya vaxtı da orada idim. Orada 1 ay karantin elan olundu. Amma məşq etmək üçün açıq havada əlverişli şəraitin yüksək səviyyədə olduğuna görə, idmançı kimi öz formamı itrmədim. SMS-icazə də yox idi. Rahat məşqlərimi edirdim. 1 ay sonra hər şey get-gedə daha da rahatlaşdı. Gözəl təbiəti olan şəhərdə, həm dincəlirəm, həm də idmançı kimi xüsusi məşq rejimimi saxlaya bilirəm. Pandeniya dövrü film çəkilişləri demək olar ki, dayandırıldı. Amma az-az çəkiliş etmək olurdu. Daha çox fərdi özünümüdafiə məşqləri keçməklə fəaliyyət göstərirdim.

- Bəs niyə geri döndünüz?

- Azərbaycanda döyüş janrını sistemli şəkildə inkişaf etdirmək, bu sahə üzrə bizim xalqın heç də digər xalqlardan bacarıqsız olmadığını sübut etmək, komandamla yerli filmlərdə iştirak etmək və nəhayət, Azərbaycanda çəkiləcək Qarabağ mövzusunda olan filmlərdə layiqli döyüş səhnələri nümayiş etdirmək üçün. Nə qədər qeyri-peşəkarlar filmlərimizdə yer alıb milləti döyüş səhnələrindən iyrəndirəcək? Bu işi Azərbaycanda məndən və komandamızdan yaxşı bacaran yoxdur. Bunu əminliklə deyirəm və sözümün arxasında da dururam.

- Geri döndükdən sonra istəklərinizi gerçəkləşdirə bilirsiniz?

- Tam yox. Hələ də öz filmlərimi çəkmək, baş rolları oynamaq və ulduz olmaq qismətim olmayıb. Kino sahəsində döyüş janrının biznesinə girmək istəyən investor yoxdur. Yoxsa xarici əlaqələrimdən də istifadə edib, böyük işlər görərdim. Bu gün bir çox yaradıcı qruplara və ulduzlara əlim çatır. Filmlərə dəvət alıram təbii ki. Son vaxtlar daha çox xarici filmlərə dəvət alıram. Ümid edirəm təkliflər gələn ildən daha çox olacaq. Hal-hazırda bəzi filmlərin çəkilişi üçün danışıqlar gedir.

Qeyd edim ki, Azərbaycanda keyfiyyət yox, ucuzluq axtarırlar. Bu səbəbdən çəkiliş üçün hərdən müraciətlər olur. Mən baha işləmirəm. Sadəcə bizdə bu işin nə dəyərini, nə də qiymətini bilirlər. Baxırsan ki, kimlərəsə yaxşı qonorar verirlər, amma qiymət kəsmək istəyəndə ilk növbədə kaskadyorlar yada düşür. Belə beyinlərlə əməkdaşlıq, özünə hörmətsizlik olduğuna görə hər işə baş qoşmuram. Onsuz da keyfiyyət onların marağında deyil.

- Niyə bu sahəyə investorlar maraq göstərmirlər?

- Çünki bəziləri investorların beyninə yeridib ki, bizim millət şit yumordan başqa heç nə istəmir, başa düşmür. Belə atmosfer yaradıb, kütləvi olaraq beyinləri yuyublar. Hamı da inanıb. İnvestorlar da fikirləşirlər ki, belədir. Amma heç kim fikirləşmir ki, nədənsə insanlar xarici filmləri böyük həvəslə izləyirlər. Başqa bir tərəfdən də, o qədər qeyri-peşəkarları dəvət ediblər ki, filmlərimizdə döyüş səhnələri özünü doğrultmayıb. İndi də həmən prinsiplə işləyirlər. Yenə də qeyri-peşəkarları dəvət edib, ümidləri puç edirlər. Hamı da deyir ki, bizdə döyüş səhnələri çox bərbaddır.

Həm də bu haqda düşünəndə dar çərçivədə düşünürlər. Azərbaycandan kənara çıxmağı ağıllarına gətirmirlər və ölkə daxilində xərclənən vəsaitin geri qayıtmayacağını deyirlər. Amma bu işdə təkcə Azərbaycana yox, bütün dünyaya köklənmək lazımdır. Təbii ki, biz nə Hindistanıq, nə də Çin. Ona görə də ölkə hüdüdlarını aşmalıyıq.

Bizim millətdə döyüş janrına həvəs böyükdür. Sadəcə işi görənlərin çoxu tamaşaçıya hörmət etmir və keyfiyyətsiz iş təqdim edirlər. Xarici filmlərdə keyfiyyətli döyüşlər olduğuna görə o filmləri izləyirlər. Hamı 80-cı illərdən xaricdə istehsal olunan döyüş filmlərini izləyə-izləyə böyüyüb. Hal-hazırda da izləyirlər. Bir az düşünsələr, yaxşı olar.

- Azərbaycan ilə xarici ölkələrdəki film çəkmə, obrazlar və s. bir sözlə, film setində fərq nədir?

- Xarici ölkələrdə hər şey elə də ideal deyil. O, hansı studiya ilə iş görməyindən asılıdır. Ordada da problemlər çoxdur. Mən qeyri-peşəkarlarla və qeyri-ciddi studiyalarla iş görmürəm. Bu, hər mənada təhlükəlidir. Bunları nəzərə aldığıma görə daha çox böyük studiyalarla əməkdaşlıq etmişəm. Onlarla işləmək hər zaman peşəkarlığı artırır və hər set bir məktəbdir. İş qaydaları, peşəkar münasibət və müraciət, etika və bu cür məqamlar ürəkaçandır. Hərənin öz işində peşəkar və məsuliyyətli olması bizdə də həvəsi artırır.

Azərbaycanda bir çox hallarda görürəm ki, hələ set mədəniyyəti tam formalaşmayıb - bir tərəfdən işçi çatışmazlığı, digər tərəfdən də təcrübənin az olması. Amma bu məsələlər get-gedə öz həllini tapmağa başlayıb. Çox vaxt çəkilişə ayrılan vəsaitin azlığından təşkilatçılıq da zəif olur. Bir nəfər bir neçə nəfərin işini görəndə aləm qarışır biri-birinə. Ümid edirəm, bu problemlər də aradan qaldırılacaq. Aktyorun və ya kaskadyorların komfortu da ürəkaçan olmur.

Misal üçün, xaricdə işləyəndə dincəlmək və ya gözləmək üçün xüsusi iri həcmli avtomobillər ayrılır. İçərisində hər şəraiti olur. Təcili tibbi yardım avtomobilləri və həkimlər dayanır. Bizdə isə heç “apteçka” da olmur. Özümüzlə aparmalı oluruq. Bəzən həkimi də özümüzlə gətiririk. Belə məqamlar var.

- Bu yaxında hind filmində də rol almısınız. Bir az da ondan danışaq…

- Bəli. Peşəkar film studiyasından təklif aldım və böyük məmuniyyətlə həmin filmdə çəkilməyə razılıq verdim. Rejissoru peşəkar idi, təşkilatçılıq yaxşı səviyyədə idi. Hətta Hindistanın ulduz aktyorları iştirak edirdi. Çəkiliş çox yaxşı keçdi. Həmin çəkiliş meydançasını, peşəkarlığı görəndən sonra düşündüm ki, Azərbaycan film sahəsi Hindistanın film səviyyəsinə ən tezi 100 ilə çata bilər.

- Qarşıda hansı layihələr ilə izləyicilərinizi sevindirəcəksiniz?

- Gələn il xarici ölkələrdə böyük layihələr var. Dəvət almışam və danışıqlar gedir. İzləyicilərim yerli filmlərdə qəhrəman kimi görsələr, sevinərlər. Xarici filmlərdə çəkilməyim mənim yaxınlarımı və özümü sevindirir. Dövlət dəstək olsa, biz layihələri tez bir zamanda açıqlayacağıq. Hələlik Azərbaycandayam və özümə bəlli vaxt qoymuşam. Bu müddət ərzində heç nə alınmasa, Azərbaycanı həmişəlik tərk edəcəm. Ömür və zaman gedir. Hələ ümidliyəm...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024