Məlum olduğu kimi, ötən ay – sentyabrın 8-də Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu müalicə aldığı xəstəxanada vəfat etdi.
Xatırladaq ki, N.Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdu.
Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunaraq "COVİD-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib. Lakin arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib.
Qeyd edək ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdı. Məhz bu baxımdan, Hurriyyet.az-ın redaksiyasına müraciət edən Gəncə sakinləri bildirirlər ki, N.Quliyev öz qanunsuz əməllərinin “cəzasını çəksə” də, onun çoxsaylı cinayətlərinin şəriki olan keçmiş müavinlərinin hələ də azadlıqda olması təəssüf doğurur.
“Bunlardan biri kimi Elçin Cahangirovu misal göstərə bilərik. Hansı ki, Nizaməddin Quliyevin dövründə 7 il birinci müavin işləmiş Baxış Abdullayedən sonra, bu vəzifədə 3 il də Elçin Cahangirov çalışıb. Lakin bizim üçün çox təəssüfedicidir ki, Nizaməddin Quliyevin cinayət əməllərinin Elçin Cahangirov kimi icraçıları bu gün azadlıqda gəzirlər”, - deyə oxucularımız bildirir.
Hazırda Goranboyun deputatı Anar Məmmədovun köməkçisi olduğu bildirilən E.Cahangirovun öz ətrafına bununla “toxunulmazlıq zənciri” çəkdiyi vurğulanır.
“Elçin Cahangirov Nizaməddin Quliyevin vaxtında yığdığı çirkli pulları artıq yavaş-yavaş üzə çıxarmağa başlayıb. Belə ki, özünə biznes qurub, hətta Bakıda həyat yoldaşının adına 180 min manata mənzil də alıb”, - deyə Gəncə sakinləri bildirir.
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024