Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (19-12-2019, 12:07)
Azərbaycanda İcra başçısını iş başında həbs etdilər

 Azərbaycanda sensasiya sayıla biləcək hadisə baş verib.
Mediatv.az  BakuPost-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini həbs ediblər. Məlumatda bildirilir ki, icra başçısıyla yanaşı onun müavini də saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.
İcra başçısının və onun müavininin kimliyi məlum olsa da, rəsmi məlumat olmadığı üçün redaksiya onların adını açıqlamayıb.

Qeyd edək ki, sözügedən icra başçısı rəhbərlik etdiyi rayona 5-6 ay əvvəl təyin olunub.
***
Unikal.org isə saxlanılan başçının adını açıqlayıb. Bildirilir ki, həbs olunan şəxs Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğludur. 
***
 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə,  N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.
Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.
Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.
Xatırladaq ki, N. Quliyev bu ilin aprel ayında Goranboy İcra başçısı vəzifəsindən azad edilərək Ağstafaya təyin edilmişdi.
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024