Cəmiyyət (2-05-2021, 17:30)
Qəbələdə udinlər Pasxa bayramını qeyd ediblər - Foto
Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər. Nic qəsəbəsindəki Cotari kilsəsində təşkil olunan bayram mərasimində Alban-Udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik ediblər.
"Mediatv.az" Azərtac-a istinadla xəbər verir ki, udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin edilmədiyini, Nic kilsəsinin əsaslı şəkildə bərpasının ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Ötən illərdən fərqli olaraq pandemiya səbəbindən bu il kilsə də deyil ətrafda şamlar yandırılıb, dualar oxunub. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzidir. Udilər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adət-ənənələrini qoruyub saxlaya bilib. Robert Mobili qəsəbədə Azərbaycan Udi Ocağının yaradılmasını multkulturalizmin daha da inkişafı yolunda mühüm addım kimi qiymətləndirib.
Alban-Udi Xristian icmasının sədr müavini Rafik Danakari deyir ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər. Rafik Danakari Cotari alban kilsəsinin əsaslı şəkildə bərpasının tolerantlığa gözəl nümunə olduğunu qeyd edərək deyib ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli sayılır. Bundan əlavə, ötən il Nic qəsəbəsində olan və sonuncu dəfə 12-ci əsrdə bərpa edilən ən qədim kilsələrədən biri Heydən Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunub ki, bu il udilərin ixtiyarına verilib.
Hazırda Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Qeyd edək ki, hər il Yuri və Qriqori təqviminə görə dəyişərək ayın təzələnməsi tarixinə uyğun olaraq xristian və yəhudi dünyasının böyük bayramı olan Pasxanın keçirilməsində 10 gün fərq olur.
Şəhər tipli qəsəbə olan Nic qəsəbəsi dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir. Hazırda burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi udilərin də mədəniyyətinin adət və ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün böyük tədbirlər həyata keçirilir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024