Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (20-04-2014, 13:21)
Xristianlar Pasxa bayramını qeyd edirlər

 

Aprelin 20-si Pasxa bayramıdır. Pasxa İsa Peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. 
 
Bu bayram xristianlıqda ən vacib ayindir və böyük şadyanalıqla qeyd olunur.

Kilsələr gül-çiçəklə bəzənir. Bu bayramın xüsusi himni və mahnıları var.

Dünyanın hər yerindən 10 minlərlə zəvvar Bərəkətli alovun yerə enməsi mərasimini müşahidə etmək üçün dünəndən qədim Qüdsün küçələrinə toplaşıb. Bərəkətli alov hər il Pasxa bayramı ərəfəsində, Böyük şənbə günü xristianlar üçün ən müqəddəs məkanda - İsa Məsihin zühur etdiyi yerdə (hazırda onun adını daşıyan kilsə) mömin xristianların duası ilə yerə enir. 
Sonra Bərəkətli alovdan od alıb, şamları bir-birindən alışdırmaqla, onu kilsəyə və qədim şəhərin küçələrinə toplaşmış zəvvarlara ötürürlər. 
Bu il həm pravoslav, həm də katolik xristianlar Pasxa bayramını eyni gündə - aprelin 20-də qeyd edirlər. Çünki Yulian, yeni Yulian və Qriqorian təqvimləri ilə Pasxa bayramı eyni günə düşür. Odur ki, bu il Qüdsə əvvəlki illərlə müqayisədə daha çox zəvvar gəlmişdir. 
İnsanlar səhər tezdən qədim şəhərin uzunluğu perimetr boyu üç kilometrdən çox olan dar küçələrində toplaşıblar. 
Şəhərin bütün qapılarında polislər keşik çəkir və basırığa yol verməmək üçün kilsəyə gedən yolda aralıq kordonlar qururlar.
Qüdsün vizit kartı olan qala divarları 500 il əvvəl Süleyman Qanuninin zamanında səlibçilərin dövrünə aid daha qədim divarların yerində ucaldılıb. 
Bu divarlar şəhərin digər tarixi tikililəri, çoxsaylı daş kilsə və bazarları ilə bərabər, saatlarla dayanıb, xristianların əsas məbədinə daxil olmaq, din xadimlərinin icra etdikləri təntənəli ayini və Bərəkətli alovun yerə enməsi möcüzəsini müşahidə zəvvarlar üçün unudulmaz təəssürat yaradır. 
İnsanlar dualar və dini nəğmələr oxuyub, bir-birinə dəstək göstərirlər.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024