Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-11-2014, 15:57)
Mübariz Qurbanlı kilsədə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Alban-Udi xristian icmasında olub

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Alban-Udi xristian icmasında olub
Noyabrın 11-də DQİDK-nın təşkilatçılığı ilə Qəbələdə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "Azərbaycan – tolerantlığa nümunə ölkə" mövzusunda dəyirmi masa-konfransdan sonra DQİDK sədri Mübariz Qurbanlı, deputat, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov Qəbələdəki Nic qəsəbəsinə gedərək Çotari (Alban-Udi) kilsəsində olublar.
Alban-Udi xristian icmasının sədri Robert Mobili qonaqlara icmanın fəaliyyəti haqqında məlumat verərək son 10 ildə İlham Əliyevin bu qəsəbəyə 2 dəfə baş çəkdiyini bildirib. İcmanın sədri udilərin kompakt halda yaşadığı Nic qəsəbəsində mütəmadi abadlıq və quruculuq işlərinin aparıldığını deyib.
"Azərbaycanda dini rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğı var. Alban-udi kilsəsinin bərpa edilməsi də bu diqqətin bariz nümunəsidir. Çünki bu məbəd qədim tarixin daşıyıcılarından biridir. Son illər udilər öz mədəniyyətini, dilini və dinini qoruyub saxlamaq üçün böyük işlər görür, buna dəstək olan isə Azərbaycan dövləti və onun rəhbəridir. Buna görə, cənab Prezidentə udilər adından təşəkkürümüzü bildiririk", - deyə o əlavə edib.

 

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətin din sahəsinə göstərdiyi diqqətdən, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, Alban-Udi dini icmasına bundan sonra da həm hökumət, həm də Dövlət Komitəsi tərəfindən bütün lazımi dəstək göstəriləcək.(ans press)
шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024