Cəmiyyət (6-11-2019, 12:50)
Yol polisi 2019-cu ilin ötən ayları ərzində öz vəzifələrinin öhdəsindən layiqincə gəlib

Polis general-mayoru R. Zeynalovun rəhbərlik etdiyi Baş Dövlət Yol Polisi, xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər gündəlik nəzarətdə saxlanılır
Cənab R. Zeynalovun rəhbərliyi altında İdarə və onun yerlərdəki bölümləri tərəfindən 2019-cu ilin ötən ayları ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.İdarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Fərmanlarını rəhbər tutan general Ramiz Zeynalov «Yol hərəkəti haqqında qanuna və İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər əsasında xidməti tənzimləyən normativ-hüquqi aktların qanunlara uyğunlaşdırılması istiqamətində aidiyyəti tədbirlər görmüşdür. Yol hərəkətinin təhlükəsizliyi və ona nəzarət məsələləri ilə əlaqədar bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi, eləcə də baş idarədə elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı görülən işlər nəzarətdə saxlanılmaqla davam etdirilir.Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmr və tapşırıqlarını rəhbər tutan Baş idarənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin ilkin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu tələb olunan səviyyədə aparılır,eləcə də Yol Patrul xidmətinin səviyyəsi vətəndaşlarda razılıq doğurur.Cənab V.Eyvazovun proqram xarakterli tapşırıq və tövsiyələrini rəhbər tutan idarənin kollektivi kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış və xidməti istifadə üçün yerlərə göndərilmişdir. Ümumiyyətlə, Yol-patrul xidməti -yol hərəkətinə nəzarət etmək və yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması hallarının qarşısını almaq;-yol hərəkətini tənzimləmək; -yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə təxirəsalınmaz tədbirləri həyata keçirmək; -yol-nəqliyyat qəzaları yerində zərər çəkmiş şəxslərə ilk tibbi yardım göstərmək; -ictimai təhlükəsizliyin tə’min edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək və.s. kimi qaydalara riayət olunmasına nəzarət etmək kimi vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir. BDYPİ-nin qeydiyyat-imtahan idarəsində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan şəxslər və avtomobillər dərhal saxlanılır, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu faktları və saxta sənədlər aşkar olunan kimi materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilir. Qeydiyyat-İmtahan İdarəsi və Yol Patrul xidməti öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.İdarənin fəaliyyətində şəffaflığın, ictimai hesabatlılığın təmin olunmasının nəticəsidir ki, buradakı məlumatlar cəmiyyət üçün əlçatan olur.Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin təqdirəlayiq fəaliyyətindən söz açarkən, çox hörmətli polis general-mayoru Ramiz Zeynalovdan sonra rəis müavinləri - polis polkovniki İlham Rəcəbovun və YPX Alayının komandiri polis polkovniki Balakişi Əhmədovun razılıq doğuran xidmətləri və müvafiq təlimata ciddi riayət etmələri xüsusi qeyd edilməlidir.Məhz onların öz üzərlərinə düşən vəzifələri layiqincə, həm də nümunə sayılacaq səviyyədə yerinə yetirmələri, DYP sistemin əməkdaşlarının məsuliyyətlərini artırır.Əmin olmağa dəyər ki, DİN Baş DYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini bundan sonra da uğurla davam etdirəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
10 05 2025
10 05 2025
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025