Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 13:50)
“İsraildən Azərbaycana turist axını iki dəfədən çox artıb”

 

“Azərbaycan - İsrail münasibətləri müsbət istiqamətdə inkişaf edir, müxtəlif sahələri əhatə edir”.
Mediatv.az  xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda israilli həmkarı Gideon Saarla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr strateji xarakter daşıyır.
Azərbaycan və İsrail arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir hazırda ölkəmizdə 124 İsrail şirkətinin fəal layihələr həyata keçirdiyini bildirib: “2024-cü ilin bütün dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayında İsraildən Azərbaycana turist axını iki dəfədən çox artıb”.
***
İsrailin XİN rəhbəri Gideon Saar əlavə edib ki, hər iki ölkə öz regionlarında sabitliyin tərəfdarıdır.
“Bizim dostluğumuz zamanla güclənib və strateji əlaqələrin yaranmasına səbəb olub. Azərbaycan bir neçə il əvvəl İsraildə səfirliyini açdıqdan sonra əlaqələr daha sürətlə inkişaf edib. 2025-ci ildə 60 min israilli turist Azərbaycana səfər edib. Bu göstəricilərin 2026-cı ildə daha da artacağına ümid edirik. Mənimlə Azərbaycana müxtəlif sahələri əhatə edən 40 biznesmenlə gəlmişik və ölkənizə investisiya yatırmaq istəyirik. Azərbaycan müasir, dözümlü ölkədir və hər zaman belə ölkə olub. Burada yəhudilər həmişə sülh şəraitində yaşayıb və yaşamağa davam edirlər”.шаблоны для dle 11.2

Xəbər lenti
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026