Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 16:41)
Valideynlər narahatdır... regional təhsil idarəsi isə... - TƏFƏRRÜAT

 Redaksiyamıza Xaçmaz rayonunun Müşkür kənd sakini Yaqubova Nailə Fikrət qızının müraciəti əsasında Bakunews.az olaraq araşdırma apardıq. Araşdırmalarımız nəticəsində dərc etdiyimiz yazıdan sonra Müşkür Kənd Tam Orta Məktəbinin şagirdlərinin bir qrup valideyni də redaksiyamızla əlaqə saxlayaraq yeni iddialar səsləndirib.

Valideynlərin bildirdiyinə görə, məktəbin Uşaq Birliyi Rəhbəri (UBR) Nərmin Rüstəmova məktəbin yaxınlığında yerləşən və Nailə Yaqubovaya məxsus olduğu bildirilən mağazadan uşaqların aldıqları şirniyyat və məktəb ləvazimatlarını onların əlindən alaraq zibil vedrəsinə atıb. İddialara əsasən, uşaqlara “ordan nəsə alsanız, qiymət yazılmayacaq” kimi ifadələr işlədilərək psixoloji təzyiq də göstərilib.

Məsələnin daha diqqətçəkən tərəfi isə apardığımız araşdırmalar zamanı üzə çıxıb. Məlum olub ki, Uşaq Birliyinin Dəstə rəhbəri 2025-ci ilin sentyabr ayında – yeni dərs ilinin ilk günlərində Müşkür Kənd Tam Orta Məktəbinə təyinat alıb. Halbuki həmin vəzifə üzrə işə qəbul üçün müsabiqə mərhələsi rəsmi olaraq oktyabr–dekabr aylarını əhatə edib.

Bu halda ciddi suallar ortaya çıxır:
Müsabiqə mərhələsində iştirak etmədən hansı əsasla bu təyinat həyata keçirilib?
Bu şəxs hansı həssas təbəqəyə aiddir və ya hansı imtiyaza malikdir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsi müsabiqə və ya hər hansı imtahan keçirməyə ehtiyac duymayıb?
Yoxsa burada rəsmi prosedurlardan kənar razılaşmalar və “hörmət müqabilində işə götürülmə” iddiaları həqiqəti əks etdirir?
Bu “hörmət məsələlərində” kimlər iştirak edib və hansı formada həyata keçirilib? Bu sualların cavabını növbəti yazılarımızda ictimailəşdirəcəyik.

Valideynləri və kənd sakinlərini narahat edən digər məqam isə Uşaq Birliyi Rəhbərinin səlahiyyət məsələsidir. Bir Uşaq Birliyi Rəhbəri hansı hüquqi əsasla məktəbdən kənarda yerləşən bir mağazanın fəaliyyətinə müdaxilə edir və uşaqların haradan alış-veriş etməsinə qadağa qoyur? Bu, vəzifə səlahiyyətinin aşılması deyilmi? Yoxsa Uşaq Birliyi Rəhbəri özünü artıq məktəb rəhbəri kimi görür?

Axı Uşaq Birliyi Rəhbərinin əsas vəzifəsi uşaqlar üçün ekskursiyaların təşkili, onların maarifləndirilməsi və asudə vaxtının səmərəli qurulmasını təmin etmək deyilmi?

Bütün bu suallar açıq qalır və aidiyyəti qurumlar tərəfindən aydınlaşdırılmasını zəruri edir.шаблоны для dle 11.2

Xəbər lenti
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026