Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-08-2015, 11:54)
BDYPİ: 2015-ci ilin alti ayı yol hərəkətinin təhlükəsizliyinin təmin olunması və xidməti intizamın möhkəmləndirilməsi ilə əlamətdar olmuşdur

 

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutan Baş Dövlət Yol Polisi İdarəsi və onun yerlərdəki bölmələri tərəfindən bütövlükdə 2015-ci ilin arxada qalan aylarını  respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin

qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.

Ötən 2015 ci ilin altı ayı  respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilməkdədir . Cənab R.Usubovun proqram xarakterli tapşırıq və tövsiyələrini rəhbər tutaraq yol-nəqliyyat hadisələrinin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış və xidməti istifadə üçün yerlərə göndərilmişdir.

Hörmətli general Ramiz Zeynalovun rəhbərliyi altında Dövlət Yol Polisi Xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər nazirliyin rəhbərliyinin gündəlik nəzarətində saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır.

Yol hərəkətinə nəzarətin gücləndirilməsi məqsədi ilə nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan, sərxoş halda idarə olunması, sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, svetoforun qadağan siqnallarının tələblərinin pozulması hallarına qarşı diqqət artırılmışdır. Təhlükəsizlik kəmərindən istifadə edilməsi, habelə qanunsuz avadanlıqlaşdırılmış, texniki nasazlıqlarla və müvafiq qaydada dövlət qeydiyyatına alınmadan istismarı faktlarının qarşısının alınması üzrə tədbirlərin səmərəliliyinə diqqət artırılmış, bu istiqamətdə görülən işlərin nəticələri kütləvi informasiya vasitələrində mütəmadi olaraq yayımlanmışdır.Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin təqdirəlayiq fəaliyyətindən söz açarkən, çox hörmətli polis general-mayoru Ramiz Zeynalovdan sonra rəis müavinləri - polis polkovniki Mübariz Şahbazovun, YPX Alayının komandiri polis polkovniki Balakişi Əhmədovun idarənin qeydiyyat-imtahan şöbəsinin rəisi Hacımurad Abdullayevin ,şöbənin rəis müavini Etibar Əliyevin razılıq doğuran xidmətləri xüsusi qeyd

olunmalıdır.Məhz onların öz üzərlərinə düşən vəzifələri layiqincə, həm də nümunə sayılacaq səviyyədə yerinə yetirmələri ümumiyyətlə, DYP sistemin əməkdaşlarının məsuliyyətlərini artırır. 

 Cari ilin ötən ayları ərzində ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilat nümayəndələrinin qəbulu aparılmışdır.BDYPİ rəhbərliyinin  və bu sistemdə çalışan digər intizamlı DİO əməkdaşlarının xidmətləri sayəsində vətəndaşların müraciətlərinə həsssalıqla yanaşılması təmin olunmuş, qeydiyyat-imtahan hissələrində vətəndaşlara sürücülük vəsiqələrinin verilməsi və avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan şəxslər saxlanılaraq təhqiqat orqanlarına təhvil verilməsi, habelə aqreqat nömrələri ilə qeydiyyat sənədlərinin uyğunsuzluğu faktları aşkarlanması halları gücləndirilmişdir. BDYP İdarəsi

Azərbaycan Respublikasının DİN-nin kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024